Türkiyədə 5 markasıyla ümumilikdə 60 oteldə xidmət verən Hilton, 3 il ərzində 33 otel açmaq üçün investorlarla müqavilə imzalayıb.
Hİltonun İnvestisiya direktoru Toğrul Təməl, ifadə edib ki, “Türkiyədə ilk Hilton oteli 1955-ci ildə İstanbulda açılıb və ABŞ xaricində açıldığı gündən bu yana Hilton markası ilə xidmət verən ən uzun davamlı otel mövqeyindədir. 2006 –cı ildən bəri Türkiyədə sürətlə artan Hilton otellərinin sayı daha sonra 60 otelə çatıb”. Beləliklə Hilton 5 markası ilə Türkiyədə fəaliyyət göstərir. Bunlar 1 Conrad, 11 Hilton, 15 Doubletree by Hilton, 20 Hilton Gar den In, 13 dənə də Hampthon by Hilton markalı otellərdir. Hiltonun ən lüks otel markası Waldorf Astoria isə hələ Türkiyədə yoxdur. Amma yaxşı bir fürsət gələrsə bu markanıda gətirəcəyik "deyib.
Hilton Türkiyənin, İngiltərədən sonra Avropa, Yaxın Şərq, Afrika blokundaki ən böyük ikinci bazar olduğunu deyən Hilton Worldwide aparıcı İnvestisiya direktoru Toğrul Təməl, "Türkiyədə yalnız İstanbul və sahil zolağında deyilik. Otellərimiz 18-i İstanbulda, digərləri Anadoluya yayılmış vəziyyətdədir. Şərq və Cənub-şərqdə 7 otelimiz var. Həmçinin Elazığ, Ərzincan, Mardin, Diyarbəkir, Van, Qaziantep kimi şəhərlərdədə otellərimiz fəaliyyət göstərir və onların performansından çox məmnunuq. Bölgədəki otellərin dolululuq səviyyəsi keçən ilə nisbətən 19 faiz, gəlirlər isə 37 faiz artıb ki, bu da gəlirin daha yaxşı olduğu anlamına gəlir.