ABŞ birjaları ötən həftəsonu yenidən “çalxalandı”. Birjalarda fond indeksləri 3.8-4.2%-ə enib. Həftənin cümə günü, indekslərdə az da olsa artım olmağına baxmayaraq , bu artım itikiləri əvəzləyə bilməyib. Ağ Ev üçün, birjalardakı bu hal böyük zərbə hesab olunur. İndi ekspertləri yalnız bir sual maraqlandırır. Donald Tramp ABŞ iqtisadiyyatını yenidən yüksəldə biləcəkmi?
İtirilmiş cənnət
ABŞ-da birjalarını yenidən qırmızı xəttə yaxınlaşır. Sənaye indeksi Dow Jones yenidən 4.15% enib. Yüksək texnologiyalar olan NASDAQ 3.9%-a enib, SP 500 3.75%- a enib.
Analitiklərin fikrincə ABŞ fond bazarında enmələr hələ davam edə bilər. Lakin Donald Tramp administrasiyası inadla təkid edir ki, birjadakı enişlər yeni iqtisadi böhran yaratmayacaq. Ağ Evin mətbuat xidmətinin rəhbərinin köməkçisi Rad Şah –ın sözlərinə görə , ABŞ-da işsizlik aşağı səviyyədədir, məşğulluq isə yüksəkdir. Bundan başqa əmək haqqları yüksəkdir. ABŞ rəsmisinin sakitləşdirici sözlərinə baxmayaraq Avropa və Asiya investorları bu məsələyə çox həssas yanaşırlar.
ABŞ birjaları ilə yanaşı Asiya birjalarında da enmələr müşahidə edilməkdədir. Shanghai Composite birjasında enmə 4.05%,Hang Seng Index –i isə 3.19%,Cənubi Koreyabirjasında KOSPI isə 1.82% -ə enib. SP/ASX 200 — 0,89%-ə enib, Yaponiya Nikkei 225 2,32%-ə enib.
Avropa fond indekslərində də enmə müşahidə olunur. Belə ki, Alman DAX, Fransa CAC və Britaniya FTSE- də də enmələr müşahidə edilməkdədir.
Qara nişanə
Wall Street-də baş verən analoji hadisələr 1929-cu ildə 24 oktyabrda Nyu-Yorkda baş verən “qara-cümə axşamını” xatırladır. O zaman ABŞ fond birjalarında səhmlər birdən birə enmişdilər. Həmin zaman 25 oktyabrda ABŞ prezidenti Herbert Huber xalqa müraciət edərək insanları təkidlə inandırmağa çalışıb ki, ABŞ iqtisadiyyatı güclü bazaya söykənir və baş verənlər texniki qüsurlardan yaşanıb. Lakin 4 gün sonra əsl fəlakət yaşandı. Dünya iqtisadiyyatı 4 illik bir böhrana yuvarlandı.
Amma hələ ki, narahat olmağa dəyməz . Belə ki, ekspertlər hələ ki, yeni bir qlobal böhranın başlanmadığını bildirirlər. Ekspertlərin fikrincə hələ ki, fond birjalarında ABŞ fond indeksi 10% itirib. Lakin bu onu deməyə əsas vermir ki, artıq hər şey nəzarətdən çıxıb. Ekspertlər birja bazarlarında 30%lik enmənin olduğu halda hər şeyin faciəvi sonluqla bitə biləcəyini qeyd edirlər.
ABŞ biznesinin nümayəndələri hadisələrin belə cərəyan edəcəyini istisna etmirlər. Milyarder Karl Aykan fond indekslərinin enişini gələcək böhranın qığılcımaları olduğunu bildirir.
Əgər Aykanın öncəgörücülüyü özünü doğruldarsa o zaman Donald Tramp Amerikanı yenidən güclü dövlətə çevirmək istəməsi barədə verdiyi vədləri unutmalı olacaq.