30 Oktyabr

"Facebook" lideri hansı sığorta şirkətidir? – ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin 2-nin "Facebook" sosial şəbəkəsində səhifəsi yoxdur.

Bu, aparılan araşdırma nəticəsində məlum olub.

Qalan 19 sığortaçı arasında "Facebook"dakı səhifəsi ən çox "bəyənilən"i "Günay Sığorta"dır. Bu şirkət 69 min "Like" yığa bilib.

Bu baxımdan növbəti yerlərdə "PAŞA Sığorta" (57 min) və "PAŞA Həyat Sığorta" (50 min) qərarlaşıb.

"Facebook"da səhifəsi ən az maraq doğuran sığorta şirkətləri isə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") və "Qala Sığorta"dır. Bu şirkətlər sosial şəbəkədə demək olar ki, "Like" yığa bilməyiblər.

Ümumiyyətlə isə, "Facebook"da bəyənmə göstəricisi 10 şirkətdə 10 mindən çox, 7 şirkətdə 1-10 min arasında, 2 şirkətdə isə mindən azdır.

Sığorta şirkətinin adı

Şirkətin "Facebook" sosial şəbəkəsindəki səhifəsini "bəyənən" istifadəçilərin sayı (min ədədlə)

1

Günay Sığorta

69

2

PAŞA Sığorta

57

3

PAŞA Həyat Sığorta

50

4

Atəşgah Həyat Sığorta

29

5

Atəşgah Sığorta

29

6

A-Qrup Sığorta

29

7

Azsığorta

28

8

Atasığorta

24

9

Bakı Sığorta

22

10

AXA Mbask

14

11

Standard Insurance

8

12

Qala Həyat Sığorta

7

13

Amrah Sığorta

3

14

Xalq Sığorta

3

15

Meqa Sığorta

2

16

Azərbaycan Sənaye Sığorta

1

17

Rəvan Sığorta

1

18

Azərsığorta

0

19

Qala Sığorta

0

20

İpək Yolu Sığorta

-

21

Naxçıvan Sığorta

-

© Renkinq.az