Azərbaycanda da lizinq xidmətləri bazarı getdikcə inkişaf edir
Layihənin əsas məqsədi lizinq xidmətləri bazarının inkişafı, kiçik və orta sahibkarlığın maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, həmçinin Azərbaycanın lizinq sektoruna xarici və daxili investisiyaların cəlb edilməsi üçün əlverişli mühit yaradılması olmuşdur. Lizinqin İnkişafı Layihəsinin əsas vəzifəsi işgüzar mühitin təkmilləşdirilməsi və ölkədə rifahın yaxşılaşdırılmasıdır.
Lizinq əməliyyatlarının tətbiqi aşağıda göstərilən yollarla iqtisadi inkişafa kömək edir:
- Lizinq istehsalatın müasirləşdirilməsi və kiçik sahibkarlığın inkişafı yolunu təklif edir. Kiçik və orta müəssisələrinkredit qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik olmadıqlarına görə həmin müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.
- Lizinq maliyyə bazarında rəqabətin artmasına xidmət edir. Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsindən aşağı riskli olanlizinq bank kreditindən daha ucuz maliyyələşdirmə üsuludur və onunla birbaşa rəqabət təşkil edir. İnkişaf etməkdə olan ölkələrdəlizinq bank kreditləşməsinin alternativi olaraq müəssisələrə həm lizinqdən, həm də bank kreditindən istifadə ediləməsinə və təmin edilmiş borcun məbləğinin aşmamasına imkan yaradır.
- Lizinq ümumiyyətlə iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır.
- Lizinq avadanlığın satış həcmlərinin artmasına xidmət edir. Lizinq yerli və xarici mal verənlərə yeni alıcı sayının artması mexanizmini təklif edir.
Malliyyə şirkətlərində bir cox kerdit proqramları mövcuddur, beynəlxalq təcrubədə isə potensial borcalanlar lizinq şirətləri ilə əməkdaşlıq etməyə üstünlük verirlər. Mütəxəsislər hesab edirlər ki, lizinqlə kredit proqramlarından daha əlverişlidir.
Lizinq üstündür:
- İpoteka kreditlərindən (“sosial ipoteka” xaric)
- Nəqliyyatın əldə edilməsində, həm orta sinif, həmçinin “premium” sinifində
- Biznes üçün istehlak krediti, əsasən sahibkarlar tərəfindən müəssənin inkişafı yolunda əldə edilən yeni avadanlıqlar
Fərdi sahibkarlar və hüquqi şəxslər lizinq proqramlarının effektivliyindən nə dərəcədə məlumatlıdırsa, fiziki şəxslər lizinq proqramlarının faydalarından xəbərsizdilər. Lizinq proqramlarının effektivliyini dərk etmək üçün, potensial istehlakçı tərəfində bu məsələyə baxmaq lazımdır.
Lizinq proqramlarının bəzi faktorlara köklənir
- maliyyə effektivliyinin olması
- “borcverənlərin” sərfəli tələbləri
- çevik ödəniş proqramları
- yeni sahibkarlıq fəaliyyətinə başlayanlar münasib şərtlər
- individual proqrama əsasən faizlərin müəyyən edilməsi
Müəlif: Vüqar Bağırov