Təcrübədə ümumi “bazar dəyəri” anlayışına tez-tez rast gəlirik. Amma bazar dəyəri tələb və təklifi göstərirsə, “daxili dəyər” şirkətin real iqtisadi potensialını əks etdirir. Biznesi almaq, ya satmaq qərarını bu iki anlayışa əsaslanaraq qəbul etmək lazımdır. Məşhur investisiya kralı olan Uorren Baffetin fikrincə, daxili dəyər səhmdarlar üçün əsas göstəricidir.
“Biznesə Uorren Baffetin metodikası ilə qiymət verməyə mən iri ticarət və istehsal şirkətinin CEO vəzifəsində olaraq gəlib çıxdım. Nəticələrin və gələcək planların qiymətləndirməsini hesablayarkən əsas biznes göstəriciləri bir yerdə - bir vərəqdə görmək istəyirdim. Məhz buna görə gəlir və xərclər haqqında sadələşmiş forma hesabatı və dövriyyə göstəriciləri, şəxsi kapital və s. hesablama balansı yarandı. Mən Baffet metodu haqqında öyrəndikdən sonra, müntəzəm olaraq “Sahibkarın mənfəəti” göstəricisinə nəzarət etməyə başladım. Bu da öz növbəsində, mənim artım mənbəyi kimi bank kreditlərinə daha da ehtiyatla münasibət göstərməyimə gətirib çıxardı. Bundan sonra bizim şirkətə özəl investisiya fondlarından biri maraq göstərdi və rəhbərliklə danışıqlıqdan sonra biz daxili dəyəri qiymətləndirməyə başladıq”.
İlk dəfə bu termini maliyyə sahəsində əfsanəvi fiqura və investisiyalar haqqında məşhur essenin müəllifi Uorren Baffet ərsəyə gətirib .
Müəllif daxili dəyər sahibi üçün biznesin qiymətindən danışır və səhmlərin, opsionların ya da istiqrazların daxili dəyərini əks etdirə bilər. Uorren Baffetin nöqteyi-nəzərindən biznesin artımı ya gəlirləri o qədər də vacib deyil. Vacib olan menecment tərəfindən şirkətin uzunmüddətli nağd gəlir axınını azaltmamaq şərti ilə əsas kapitalını rəqabətçil vəziyyətdə qoruyub saxlamaqdır. Məsələn, şirkət yaxşı mənfəətli gəlir dinamikasına nail olur, lakin rəqabəti qorumaq üçün əsas vəsaitlərə investisiyaların həcmi amortizasiyanın ölçülərini dəfələrləüstələyirsə – bu neqativ amildir. Ya da, şirkət ildən ilə debitor borclarını və ambarlardakı ehtiyatlarını artıraraq onların dövriyyəsini azaldır. Bu,əlavə borcları cəlb etmək məcburiyyətinə və uzunmüddətli perspektivdə diskontlaşdırılmış pul vəsaitlərinin mənfi zonaya çəkilməsinə gətirib çıxarır.