Avronun məzənnəsi dollara qarşı bahalaşaraq 5 ayın maksimumuna çatıb. Fins.az xəbər verir ki, bu, bazarın Fransada keçirilən seçkilərin ilkin nəticələrinə olan reaksiyasıdır.
Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ikinci tura Emanuil Makron və Marin Le Pen çıxıblar - onlar demək olar ki, eyni səs sayı toplayıb – təqribən 23%. Avro/dollar cütlüyünün məzənnəsi Foreksdə 1,0930 səviyyəsinə çatıb. Dolların 6 əsas valyuta səbətinə qarşı indeksi 99 bənddən aşağı enib – bu da noyabr ayından bəri minimum sayılır.
Ekspertlərin əksəriyyəti prezident seçkilərinin ikinci turunda Makronun qələbə qazanacağını proqnozlaşdırır. Bu da bazarın reaksiyasını anlatan amildir. Xatırladaq ki, Makron Avropa İttifaqının birlik olmağının tərəfdaşıdır, Le Pen isə avrodan imtina edib yenidən Fransa frankına dönüş etmək barədə bəyanat verib.
Xatərladaq ki, Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də baş tutacaq. Seçkilərin nəticəsinə müsbət reaksiya dünya fond bazarlarında da müşahidə olunur. ABŞ indeksilərinə fyuçerslər 0,8% əlavə edib. Asiyada ticarətdə Yapon Nikkei 1%-dən artıq artıb. Buna baxmayaraq qiymətli metallara olan kotirovkalar aşağı enib. Xüsusilə də qızıl bu gün 1% itirib.
Seçkilərədək investorlar kotirovkalarda mənfi ssenari gözləyirdilərsə, hazırda daha rahat nəfəs alırlar.