Mərkəzi Bank tərəfindən yenidən maliyyələşdirmə üçün ayrılan vəsaitlərin həcmi 2016-cı ilin noyabr ayı üçün 6 milyard 624 milyon manat olub. Fins.az xəbər verir ki, hazırda mərkəzləşdirilmiş kredit adlanan bu kreditlər üzrə faiz dərəcəsi 15% təşkil edir.
2015-ci ilin noyabr ayı ilə müqayisədə 2016-c ilin noyabr ayında vəsaitlərin həcmi 22.9% yəni, 1 milyard 234 milyon manat artım əldə edib.
Statiskaya nəzər salsaq görərik ki, 2009-cu ildən bəri nə lombard, nə də overnayt-bir gecəlik kredit əmaliyyatları aparılmayıb.
Eləcə də bax: Dollar kreditləri üzrə orta faiz dərəcəsi 3 dəfə artıb – TƏHLİL
Notlarla həyata keçirilən əməliyyatlar isə yalnız bir dəfə 2016-cı ilin noyabr ayında qeydə alınıb və onun həcmi 112 milyon manat olub. Notlara tətbiq edilən faiz dərəcəsi isə 14.99% təşkil edib. Xatırladaq ki, not Mərkəzi Bankın özünün emissiya etdiyi qiymətli kağızdır.
Mərkəzi bank öz likvidliyini idarə etmək üçün repo əmaliyyatları yəni, qiymətli kağızları satlamaqla da həyata keçirir. Belə ki, ancaq 2016-cı ildə 1 günlük repo əməliyyatları aparılmayıb. Lakin faiz dərəcəsi endirilib və hazırda belədir: yanvar ayında 0.1%, sonrakı 3 ayda 2%, may, iyun, iyul və avqust aylarında 4%, sentyabr oktyabr və noyabr aylarında isə 12% olub. 3-günlük və 7 günlük repo əmaliyyatları isə 2007-ci il də daxil olmaqla bu yana həyata kecirilməyib.
Eləcə də bax: Manata keçməyin vaxtıdırmı? – TƏHLİL
Əks-repo yəni, qiymətli kağızların Mərkəzi Bank tərəfindən geri alınması əməliyyatları nəinki 2016-cı ildə, hətta 2016-cı ildən əvvəlki illərdə də həyata keçirilməyib. Yalnız 1 günlük əks-repo əməliyyatlarında faiz dərəcəsi göstərilmişdir. 3 və 7 günlük əks-repo yən ,qiymətli kağızların geri alınması əməliyyətlarında isə ümumiyyətlə faiz dərəcələri müşahidə olunmayıb.