2016-cı ilin sonunda manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 12.18%, xarici valyuta ilə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi isə 9.16% olub.
Fins.az bu barədə Mərkəzi Bankın statistikasından əldə etdiyi məlumatlar əsasında xəbər verir.
2015-ci ilin sonu ilə müqayisədə isə görə bilərik ki, 2016-cı ildə bu göstəricilər azalmışdır. Belə ki, manatla olan orta faiz dərəcəsi 13.76%-dən 12.18%-ə, xarici valyuta ilən olan orta faiz dərəcəsi 13.74%-dən 9.16%-ə enib. Təhlillər göstərir ki, xarici valyuta üzrə olan orta faiz dərəcəsi daha çox azalıb.
Hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi 2016-cı ilin son ayında manatla 8.36%, xarici valyuta ilə 5.71% olub.

Fiziki şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi isə hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsindən xeyli yüksəkdir. Belə ki, manatla olan kreditlər üzrə faiz dərəcəsi təxminən 2 dəfə artaraq 16.07%, xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi isə təxminən 3 dəfə çox yüksələrək 17.30% təşkil edir.
1 aya qədər olan kreditlər üzrə faiz dərəcəsi 2016-cı ilin dekabrında manatla verilənlər üzrə 15.14%, xarici valyuta üzrə 9.61% təşkil edir. Ötən ilin eyni ayında isə bu faiz dərəcələri uğun olaraq 17.67% və 12.25% təşkil edib.
3 aydan 6 aya qədər olan kreditlər üzrə faiz dərəcəsi manatla 15.13%, xarici valyuta ilə 7.81% təşkil edir ki, buda 1 aya qədər olan kreditlər üzrə faiz dərəcəsindən çox az fərqlənir.
3 ildən 5 ilə qədər müddətə verilən kreditlər üzrə faiz dərəcəsi 2016-cı ilin sonunda manatla 11.65%, xarici valyuta ilə isə 8.25% təşkil edir. Ötən ilin eyi ayı ilə müqayisədə manatla verilən kreditlər üzrə faiz dərəcəsi çox cüzi artım əldə edərək 11.53%-dən 11.65%-ə yüksəlib. Xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi isə 13.60%-dən 8.25%-ə düşüb
10 ildən artıq müddətə verilən kreditlər üzrə faiz dərəcəsi isə manatla 7.72%, xarici valyuta ilə 4.83%-dir. Burada ötən ilə müqayisə milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi çox cüzi dəyişdiyi halda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi kəskin surətdə azalmışdır. Ötən ilki faiz dərəcələri uyğun olaraq 7.52% və 11.44% olub.