Azərbaycanda estetik əməliyyatların mövsümü başlayır. Fizioloji xüsusiyyətləri nəzərə alaraq təcili olmayan əməliyyatlar adətən ilin soyuq vaxtlarında həyata keçirilir. Estetik əməliyyatlar da bu qəbildəndir. Yayın başa çatması ilə estetik əməliyyatların aktiv dövrü başlayır.
Bakıda estetik əməliyyatı onlarla klinika həyata keçiririr. Müşahidələr göstərir ki, ən geniş yayılmış plastik əməliyyatlar burunun korreksiyasıdır.
Artıq bu aydan klinikalara müraciətlər başlayıb. Məsələnin aktuallığını nəzərə alaraq fins.az yerli kli nikalarda və tibb mərkəzlərində estetik burun əməliyyatlarının qiymətlərini araşdırıb.
Məlum olub ki, bir çoxunda bunun üçün xüsusi paketlər təklif olunur. Buraya əməıiyyatla yanaşı analiz xərcləri, klinikada qalmaq (adətən 1 gün), yemək, tibbi xidmətlər də daxildir. Bəzi klinikalarda isə analizlər ayrıca ödənilir.
Aşağıdakı cədvəldə klinikaların təklif etdiyi əməliyyatı hansı həkimlərin həyata keçirdiyini və qiymətləri təqdim edirik.
Klinikalar |
Əməliyyat qiymətləri |
Həkimlər
|
Xətai Estetik Klinikası |
2 000 manat |
türk həkim |
Mərkəzi Klinika |
1 300 manat 2 500-3 000 manat |
azərbaycanlı həkim türk həkim |
Vital Klinika |
1 200-1 500 manat |
azərbaycanlı həkim |
Modern Hospital |
1 350 manat + 88 manat (analizlər üçün) |
azərbaycanlı |
Turan |
1 200- 1 400 manat |
azərbaycanlı |
Nəsrəddin Tusi Klinikası |
900-1 300 manat |
azərbaycanlı həkim |
İsbanbul Klinikası |
1 200 manat Sentyabr ayı üçün endirim -1 000 manat |
azərbaycanlı həkimlər |
Xəzər Klinikası |
1 000-1 200 manat |
azərbaycanlı həkim |
Ankara Klinikası |
1 000-1 200 manat |
azərbaycanlı həkim |
Bakı Tibb Mərkəzi |
1 500 manat + 64 manat (analizlər üçün) |
azərbaycanlı həkimlər |
Medera Hospital |
1 000-2 000 manat |
azərbaycanlı həkimlər |
Oksigen Klinikası |
1 400 manat |
azərbaycanlı həkimlər |
Baku Medical Plaza |
1 350 manat |
azərbaycanlı həkimlər |