30 Oktyabr

Ən ucuz burun əməliyyatı hansı klinikadadır? – SİYAHI, QİYMƏTLƏR

Azərbaycanda estetik əməliyyatların mövsümü başlayır. Fizioloji xüsusiyyətləri nəzərə alaraq təcili olmayan əməliyyatlar adətən ilin soyuq vaxtlarında həyata keçirilir. Estetik əməliyyatlar da bu qəbildəndir. Yayın başa çatması ilə estetik əməliyyatların aktiv dövrü başlayır.

Bakıda estetik əməliyyatı onlarla klinika həyata keçiririr. Müşahidələr göstərir ki, ən geniş yayılmış plastik əməliyyatlar burunun korreksiyasıdır.

Artıq bu aydan klinikalara müraciətlər başlayıb. Məsələnin aktuallığını nəzərə alaraq fins.az yerli kli nikalarda və tibb mərkəzlərində estetik burun əməliyyatlarının qiymətlərini araşdırıb.

Məlum olub ki, bir çoxunda bunun üçün xüsusi paketlər təklif olunur. Buraya əməıiyyatla yanaşı analiz xərcləri, klinikada qalmaq (adətən 1 gün), yemək, tibbi xidmətlər də daxildir. Bəzi klinikalarda isə analizlər ayrıca ödənilir.

Aşağıdakı cədvəldə klinikaların təklif etdiyi əməliyyatı hansı həkimlərin həyata keçirdiyini və qiymətləri təqdim edirik.

Klinikalar

Əməliyyat qiymətləri

Həkimlər

Xətai Estetik Klinikası

2 000 manat

türk həkim

Mərkəzi Klinika

1 300 manat

2 500-3 000 manat

azərbaycanlı həkim

türk həkim

Vital Klinika

1 200-1 500 manat

azərbaycanlı həkim

Modern Hospital

1 350 manat + 88 manat (analizlər üçün)

azərbaycanlı

Turan

1 200- 1 400 manat

azərbaycanlı

Nəsrəddin Tusi Klinikası

900-1 300 manat

azərbaycanlı həkim

İsbanbul Klinikası

1 200 manat

Sentyabr ayı üçün endirim -1 000 manat

azərbaycanlı həkimlər

Xəzər Klinikası

1 000-1 200 manat

azərbaycanlı həkim

Ankara Klinikası

1 000-1 200 manat

azərbaycanlı həkim

Bakı Tibb Mərkəzi

1 500 manat + 64 manat (analizlər üçün)

azərbaycanlı həkimlər

Medera Hospital

1 000-2 000 manat

azərbaycanlı həkimlər

Oksigen Klinikası

1 400 manat

azərbaycanlı həkimlər

Baku Medical Plaza

1 350 manat

azərbaycanlı həkimlər