30 Oktyabr

Banklar məzənnəni saat neçədə açıqlamalıdır? – ARAŞDIRMA

Mərkəzi Bank xarici valyutaların məzənnəsini bir gün əvvəl müəyyən etsə də, banklar məzənnəni saat 11.00-dan sonra açıqlayırlar. Fins.az-ın məlumatına görə, dollar almaq istəyən vətəndaşlar üçün bu amil çətinlik yaradır. Məsələn, banklar saat 9.00-dan etibarən işə başlayır. Kassa 09.30-da açılır. Müştəri kiçik limitlə satılan dolları almaq üçün 2 saat gözləməli olur. Bəs qanuna əsasn banklar məzənnəni nə zaman açıqlamalıdır?

“Banklar məzənnəni 09.00-da açıqlaya bilərlər”

İqtisadçı ekspert Samir Əliyev fins.az-a bildirib ki, Mərkəzi Bank bir gün əvvəldən məzənnəni müəyyən edir və banklar da maksimum 4% marja ilə xarici valyuta satışı həyata keçirə bilərlər.Bunu nəzərə alaraq banklar yeni məzənnəni iş gününə başlayan kimi açıqlaya bilərlər. Yəni, məzənnənin dərhal açıqlanmaması üçün hər hansı bir səbəb yoxdur:”Sadəcə banklar ola bilsin ki, Mərkəzi Bankın məzənnəni dəyişə bilməsi və ya valyuta mövqeyinə görə bunu ləngidirlər”.

“Qanuna əsasən satışa başladığı zaman banklar məzənnəni açıqlamalıdır “

Ekspert Əkrəm Həsənov isə fins.az-a bildirib ki,banklar məzənnəni gec açıqlasalar da,qanunvericiliyə əsasən bununla bağlı hər hansı vaxt məhdudiyyəti qoyulmayıb.Mərkəzi Bankın “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”naəsasən məzənnənin açıqlanma vaxtını banklar müstəqil şəkildə müəyyən edə bilərlər . Onun sözlərinə görə, banklar hətta bir gündə məzənnəni bir neçə dəfə dəyişə bilərlər və ya satış olmadığı halda açıqlamaya da bilərlər. 4%-lik marja daxilində banklar müxtəlif filiallar üzrə fərqli məzənnə də təyin edə bilərlər.Ə.Həsənov bildirib ki, qaydaya əsasən bank yalnız xarici valyuta satışına başladığı zaman məzənnəni açıqlamalıdırlar.