30 Oktyabr

Banklar kreditləşməni dayandırdılar – ARAŞDIRMA

Bank sektorundakı problemlər onlar tərəfindən təklif edilən maliyyə xidmətlərinin minimallaşdırılmasına gətirib çıxarıb. Xüsusilə kredit portfelini kiçildən banklar təklif etdikləri kredit məhsullarının sayını azaldıblar. Məsələn, əhalinin daha çox mütaciət etdiyi Lombard kreditləri bu gün əksər bankların xidmət səbətlərindən çıxarılıb. Əgər ilin əvvəlində 17 bank Lombard krediti təklif edirdisə, hazırda bu rəqəm dördə düşüb.

Fins.az-ın araşdırmasına görə, “Azər-Türk Bank”, “Muğanbank”, “Rabitə Bank”, “AmrahBank”, “AGBank”, “Nikoil Bank”, “Beynəlxalq Bank” Lombard kreditlərini dayandırıblar. “AmrahBank”, “AGBank “, “Nikoil Bank” isə ümumiyyətlə kreditləşməni dondurublar.

Hazırda bazarda aktiv lombard kredit təklifləri aşağıdakı banklardadır:

Bankın adı

Məbləğ

Müddət

% dərəcəsi

Komisyon vəxərclər

Məbləğin girova nisbəti

Bank Respublika

15 000 AZN

18 ay

29 %

1%

70%

Turanbank

10 000 AZN

6-24 ay

29-36%

1%

60%-i

Exspress Bank

500-10000 AZN

24 ay

36%

3.3%

80%i

DəmirBank

30 000 AZN

3-36 ay

28%-dən başlayaraq

3.3%

100%