Yüksək maaş, karyera və perspektivlərin arxası ilə qaçarkən, ofisdaxili həyatı haqda da unutmamalıyıq. Hansı millət neçə saat işləyir? Fins.az ən qısa iş həftəsi olan ölkələrin siyahısını sizə təqdim edir.
Madrid
Həftədə iş saatlarının orta sayı: 33,28 saat
İspaniyanın paytaxt əhalisinin əksəriyyəti günorta siestasız həyatlarını təsəvvür edə bilmirlər. Bu da sözsüz ki, iş həftəsinin uzunluğunda əks olunur.
Amsterdam
Həftədə iş saatlarının orta sayı: 33,2 saat
Niderlandın paytaxt əhli "turistlərdən qalma geri" istirahəti çox sevirlər. İl ərzində burada 1 726 saat işləyirlər, bu da dünya standartından 65 saat aşağıdır.
Münxen
Həftədə iş saatlarının orta sayı: 33,1 saat
Bavariyanın bu şəhəri yalnız Oktoberfesti ilə deyil, həm də gülərüz əhalisi ilə yadda qalır. Sözsüz ki, ildə 29 bayram gününün olmasının bu işdə rolu böyükdür.
Brüssel
Həftədə iş saatlarının orta sayı: 33,02 saat
365 gün ərzində yalnız 18 bayram günü olmasına baxmayaraq, Brüssel əhalisi ildə ortaıama 1 717 saat işləyir.
Vilnüs
Həftədə iş saatlarının orta sayı: 33
Pribaltikanın praqmatık əhalisi əməklə istirahətin optimanl balansını tapıblar: burada orta hesabla dünya normasından 10% az işləyirlər.
Lüksemburq
Həftədə iş saatlarının orta sayı: 32,75 saat
İldə 31 bayram günü və 1 703 iş saatı — bununla kiçik dövlətin əhalisini bəxtəvər adlan
dırmaq olar.
Kopenhagen
Həftədə iş saatlarının orta sayı: 32,64 saat
Kopenhagen dünyanın həyat üçün gözəl olan Top-10 şəhərlərin siyahısına daxildir. Və iş ili burada dünyadakından 11,4% aşağıdır.
Milan
Həftədə iş saatlarının orta sayı: 32,52 saat
İtalyanın maliyyə mərkəzi statusu əhaliyə il ərzində işdə yalnız 1 691 saat keçirməyə mane olmur.
Vena
Həftədə iş saatlarının orta sayı: 32,27 saat
Avstriyanın əhalisi ilboyu ofislərdə yalnız 1 678 saat keçirirlər.
Helsinki
Həftədə iş saatlarının orta sayı: 31,91 saat
Finlandiyada iş günü beşgünlük əmək həftəsi ərzində yalnız 6,5 saat təşkil edir.
Moskva
Həftədə iş saatlarının orta sayı: 31,66 saat
Rusiyada bütün bayram günlərini saysaq heç də az rəqəm etmir: 31 gün.
Lion
Həftədə iş saatlarının orta sayı: 31,36 saat
Lionlular işdə dünya standartından 16% az vaxt keçirirlər – ildə 1 630 saat.
Paris
Həftədə iş saatlarının orta sayı: 30,84 saat
Fransuzlar istirahətdə davamlılığı üstün sayırlar. Parislilər dünya ilə müqayisədə 16% aşağı işləyirlər.
Bakı
Həftəlik normal iş vaxtının müddəti: 40 saat
Azərbaycanlıları isə dünyanın ən işgüzar xalqı saymaq olar. İl ərzində təxminən 2 080 saat işləyirik. Ancaq bəzi sektorlarda bu rəqəm daha çox olur. Onlarda günlük iş saatı 10-12 saat olur.