30 Oktyabr

Avtomobili sığortalamaq neçəyədir? - MÜQAYİSƏ - QİYMƏTLƏR

İqtisadi vəziyyət insanları xərclərinə qənaət etməyə və əlavə xərcləri azaltmağa vadar edir. Amma hazırkı vəziyyətdə cibə qənaət etməyin ən yaxşı yolu gözlənilməyən əlavə riskləri sığortalamaqdır. Buna xüsusilə də ev sığortası, tibbi sığorta ilə yanaşı, ziyan dəymə riskinin daha çox olduğu avtomobil sığortasını misal göstərmək olar.Bəs hazırda avtomobili sığortalamaq neçəyə başa gəlir? Fins.az məsələ ilə bağlı Azərbaycan sığorta bazarında qiymətləri və şərtləri araşdırıb.Şirkətlərdən verilən məlumata görə, avtomobilin istehsal tarixindən, bazar qiymətindən, azadolma məbləğindən, sürücülük təcrübəsindən və bir sıra amillərdən aslı olaraq sığorta haqqı arta və ya azala bilir. Ona görə də bazar qiyməti 10 min manat olan avtomobil misalı üzərində qiymətlər müəyyən edilib.

Hətta 1992-ci ilin avtomobilini də kasko sığortalamaq olar

Sığorta bazarında “Bakı Sığorta” şirkəti 1992-ci ildən, “A Qroup Sığorta” 1996-cı ildən, “Atəşgah Sığorta” isə istehsal tarixi 1998-ci ildən yuxarı olan avtomobilləri sığortalayırlar. Əksər şirkətlər istehsal tarixi 2000-ci ildən yuxarı olan avtomobilləri sığortalayırlar. Azadolma məbləği isə əksər şirkətlərdə standart olaraq 100 manat nəzərdə tutulub. Şirkətlərin yalnız bəzilərində 200-300 manat franşiza tutulur.

Ən ucuz kasko 250 manatdan başlayır

Sığorta bazarında kasko sığorta üzrə ən aşağı qiymət tam təminatla 2,5% tarifdən başlayır.Bu qiymətə kasko sığortanı müştərilərinə “Azsığorta” şirkəti təklif edir. Amma bu tarif yalnız krossover modellərə və 3-dən artıq avtomobilini sığortalayan müştərilərə şamil edilir. Şirkətdən fins.az-a verilən məlumata görə, daxili statistikaya əsasən krossover model avtomobillərdə qəza riski daha aşağıdır. Bu həmin avtomobillərin nisbətən hündür olması nəticəsində hərəkətdə olarkən sürücülərin mümkün qəza risklərini əvvəlcədən görüb yayına bilmələri ilə bağlıdır.Məsələn, 10 min manatlıq krossoveri sığortalamaq bu şirkətdə 250 manata başa gəlir.Digər avtomobillərdə isə tarif 2,8-2,9 %-dən başlayır.Amma bu qiymətə olan kasko sığortaya avtomobilin yalnız adi servisdə təmiri daxildir.Əvvəlcədən avtomobilinin rəsmi servisdə təmir edilməsini istəyən müştərilər isə orta hesabla 10 min manatlıq avtomobilin könüllü sığortası üçün 350 manat ödəməli olacaqlar.

“Standard Insurance”dən əlavə üstünluklər

Bəzi şirkətlər isə tam sığorta ilə il ərzində bir neçə dəfə sığorta ödənişi təklif edir. Məsələn, “Standard İnsurance”istehsal tarixi 2000-ci ildən yuxarı 10 min manatlıq avtomobilin kasko sığortasını 200 manat azadolma məbləği ilə 345 manata təklif edir.Şirkətdən fins.az-a verilən məlumata görə, bu qiymətə avtomobilin rəsmi servisdə təmiri daxildir. Ən əsası, 10 min manat həcmində avtomobilə bir neçə dəfə ziyan dəyibsə, sığorta şirkəti hər dəfə zərəri qarşılayır.Məsələn, birinci dəfə avtomobilə 5 min manat, bir neçə ay sonra 3 min manat ziyan dəyib. Şirkət hər iki zərəri ödəyəcək.

Adi servisdə təmirlə kasko sığorta 260-290 manat

Kasko sığorta ilə bağlı növbəti aşağı qiyməti “Azərbaycan Sənaye Sığorta” şirkəti təklif edir. Şirkətdən fins.az-a verilən məlumata görə, kasko sığorta tarifi 2.6%-dən başlayır. Məsələn, 10 min manatlıq avtomobili bu şirkətdə 100 manat azadolma məbləği ilə 260 manata sığortalamaq olar.Bir şərt var ki, avtomobilin istehsal tarixi 2005-ci ildən yuxarı olmalıdır və təmir seçimini isə sığorta şirkəti edir. Avtomobilinin rəsmi servisdə təmirini istəyən müştərilər isə bunun üçün 310 manat ödəməlidirlər. “AtaSığorta” 100 azadolma ilə 10 min manatlıq avtomobili 280 manata, “Beynəlxalq Sığorta” isə 290 manata sığortalayır. Şirkətlər bu qiymətə istehsal tarixi 2000-ci ildən yuxarı modellərin yalnız adi servisdə təmiri daxildir. “PAŞA Sığorta” isə müştərilərinə 2,85-3 % tariflə tam kasko sığorta təklif edir. Şirkətdən fins.az-a verilən məlumata görə, 10 min manatlıq avtomobili 100 manat azadolma məbləği ilə 285-300 manata sığortalamaq olar.Təmir avtomobilin marka və modelindən və zəmanətinin olub-olmamasından aslı olaraq uyğun servisdə həyata keçirilir.

Rəsmi servis seçimi ilə kasko sığorta 300 manatdan başlayır

Avtomobilinin rəsmi servisdə təmir edilməsini istəyən müştərilər isə kasko sığorta üçün daha çox ödəməli olacaqlar. Belə ki, bu seçimlə kasko sığorta 300 manatdan başlayır. Məsələn, istehsal tarixi 2000-ci ildən yuxarı 10 min manatlıq avtomobilin rəsmi servisdə təmirlə kasko sığortasını “Azərbaycan Sənaye Sığorta” 310 manata, “AtaSığorta” 300-320 manata, “AXA MBASK” istehsal tarixi 2011-ci ildən yuxarı avtomobilləri 328 manata təklif edir. Bazar üzrə digər şirkətlərin qiymətləri 350-450 manat arasındadır.

S/N

Şirkətin adı

Sığorta təminatı

Sığorta haqqı

Franşiza

Avtomobilin istehsal tarixi

Servis

1

Bakı Sığorta

10 min manat

350-360

100 manat

2002-ci ildən yuxarı

Rəsmi

309 manat

1992-2002-ci illər

Şirkətin seçimi ilə

300 manat

2002-ci ildən yuxarı

2

Atəşgah Sığorta

10 min manat

328 manat

100 manat

1998 –ci ildən yuxarı

adi

442 manat

rəsmi

3

PAŞA Sığorta

10 min manat

285 -300 manat

100 manat

Marka modeldən aslı olaraq

10 min manat

4

Standard İnsurance

10 min manat

345 manat

Limitsiz ödəniş

200 manat

2000-ci ildən yuxarı

Rəsmi

5

A Qroup Sığorta

10 min manat

300-330

100 manat

1996-cı ildən yuxarı

Şirkətin seçimi ilə

6

Xalq Sığorta

10 min manat

350 manat

100 manat

2006-cı ildən yuxarı

Şirkətin seçimi ilə

7

AzSığorta

10 min manat

280-290 manat

100 manat

2005-ci ildən yuxarı

adi

350 manat

100 manat

2012-ci ildən yuxarı və zəmanəti olanlar

rəsmi

8

AtaSığorta

10 min manat

280 manat

100 manat

2000-ci ildən yuxarı

adi

300-320 manat

Rəsmi

9

Günay Sığorta

10 min manat

300 manat

100 manat

2000-ci ildən yuxarı

Adi

10

Beynəlxalq Sığorta

10 min manat

290 manat

100 manat

2000-ci ildən yuxarı

Adi

380 manat

Rəsmi

11

Meqa Sığorta

10 min manat

300-320 manat

100 manat

2005-ci ildən yuxarı

adi

380 manat

Rəsmi

12

Azərbaycan Sənaye Sığorta

10 min manat

260 manat

100 manat

2005-ci ildən yuxarı

Şirkətin seçimi ilə

310 manat

Rəsmi

13

AXA MBASK

10 min manat

370 -380 manat

250 manat

2001-2004-cü illər

Məhdudiyyətsiz

324 manat

100 manat

2005- 2010-cu illər

328 mant

100 manat

2011-ci ildən yuxarı

Rəsmi

14

Rəvan Sığorta

10 min manat

400 manat

100 manat

2000-ci ildən yuxarı

Məhdudiyyətisiz

15

Amrah Sığorta

10 min manat

330 manat

300 manat

2000-ci ildən yuxarı

Məhdudiyyətsiz

16

Başak İnam Sığorta

10 min manat

340 manat

100 manat

2000-ci ildən yuxarı

adi

10 min manat

450 manat

100 manat

Rəsmi

18

İpək Yolu

10 min manat

300-450 manat

100 manat

2000-ci ildən yuxarı

Məhdudiyyətsiz

19

Azərsığorta

10 min manat

400 manat

200 manat

2000-ci ildən yuxarı