Azərbaycana satılan yeni model avtomobillər sırasında qonşu ölkələrlə müqayisədə “Ford”lar da bahadır.Fins.az növbəti dəfə Rusiya bazarı ilə müqayisədə “Ford”ların qiymət müqayisəsini aparıb.Məlum olub ki, Azərbaycanda satılan yeni “Ford” maşınları 3-8 min manat arasında baha satılır.
«Ford Explorer» 2780 dollar bahadır
Azərbaycanda və Rusiyada satılan «Ford» modelləri arasında ən az qiymət fərqi «Ford Explorer» modelindədir. Azərbaycanda satılan model Rusiyadakından cəmi 3 min dollar və ya 8% bahadır. Amma bu həm də «Ford»un ən bahalı, yəni ən az satılan modelidir. Belə ki, 3,5 l mühərrikli «Explorer» Bakıda 40 009 dollara təklif edilir. Halbuki eyni avtomobili Rusiyadan 37 230 dollara almaq olar.
«KUGA Titanium» - 3700 dollar
Azərbaycandasatılan «Ford» modellərisırasında «KUGATitanium» damüqayisədə 3700 dollaryuxarı qiymətə, yəni 14 % bahasatılır. Məsələn, 1.6 l mühərrikli kiçik krossover Rusiyada 25 767 dollara satıldığı halda, eyni model Bakıda 29 463 dollara təklif edilir.
«Ford Fiesta» Rusiyadakından 40% baha satılır
Kiçikavtomobilmüqayisədə dahabahatəklifedilir. Məsələn, yeni “Ford Fiesta” modeli isə Bakıya hələ gətirilməsə də, onun 15500 dollara satılacağı bildirilir. Bu isə avtomobilin 41 % baha olacağı deməkdir. 2016-cı il model 1.6l mühərrikli “Ford Fiesta” Moskvadan 10915 dollara almaq olar. Qiymət fərqi 4500 dollardan çoxdur.
«Focus»lar 70% baha satılır
Ənyüksəkqiymətfərqi «Mondeo» və «Focus» modellərində müşahidə edilir.1.6lmühərrikli «Focus» modelləriniBakıdanalmaq 6800 dollarbahabaşagəlir. Avtomobilin Rusiya bazarı üzrə qiyməti 9 866 dollar, Azərbaycanda isə 16 606 dollar təşkil edir. Bu isə avtomobilin 69% baha olması deməkdir. Başqa sözlə, «Focus»un Bakıdakı qiymətinin üzərinə 3 min dollar da əlavə edib, Rusiyadan 2 belə maşın almaq olar.
9 min dollar baha “Mondeo”
«Ford» Azərbaycandasevilənmodelinin «Mondeo»nunsahibləribəlkə də xəbərsizdilərki, onlarbuavtomobilidə Rusiyadaxeyliucuzalabilərlər. 2.0l mühərrikli 2016-cı il model “Mondeo”ların qiymət fərqi düz 9 min dollar təşkil edir. “Mondeo”ların “Titanium” versiyası Bakıda 33 300 dollara, Rusiyada 24 384 dollara satılır. Yəni, Bakıda “Mondeo” Rusiyadakından 37 % baha təklif edilir.
«Ford Azərbaycan»: «Rusiyada yığılan «Ford»lar kefiyyətsizdir»
«Ford» avtomobillərininAzərbaycandarəsmiidxalçısı “FordAzərbaycan” məsələ ilə bağlı fins.az-amünasibətbildirib. Şirkətin satış departamentinin əməkdaşı Vüqar Pənahov bildirib ki, Azərbaycana gətirilən «Ford» modelləri Avropa istehsallıdır. Belə ki, bu modellər İspaniya, Almaniya və Belçikada yığılır.Rusiyada satılan yeni «Ford»ların 95 %-i Rusiyanın özündə yığılır. Digər tərəfdən Azərbaycanda satılan yeni «Ford»lar daha kefiyyətlidir: «Avropa və Rusiyada yığılan «Ford»ların mühərrik, kuzov və transmissiyası eyni olsa da yığılma kefiyyəti eyni deyil. Məsələn, Rusiyada yığılan «Ford Explorer» gətirmişdilər. Avtomobilin qapısının iç tərəfində hermetika kefiyyətsiz idi. Bundan əlavə, dəmir tez paslanır». V.Pənahovun sözlərinə görə, avtomobilin idarəetmə paneli dəriyə oxşar yumşaq materialdan hazırlanıb. Rusiya bazarına aid modellərdə isə həmin hissə Koreya avtomobillərinə xas plastik materialdan hazırlanır. Bütün bunar isə qiymətlərə təsirsiz ötüşmür.
Ford |
Mühərrik |
Azərbaycanda (dollar) |
Rusiyada |
|
rubl |
dollar |
|||
Focus |
1.6 l |
16 606 |
649 000 |
9 866 |
KUGA Titanium |
1.6 l |
29 463 |
1 695 000 |
25 767 |
MONDEO Titanium |
2.0l |
33 300 |
1 604 000
|
24 384 |
Explorer Limited |
3.5l |
40 009 |
2 449 000 |
37 230 |
Fiesta |
1.6l |
15 500 |
718 000 |
10 915 |