28 Noyabr

“Black Friday” gününə bankların hansı təklifləri var? – SİYAHI

Hər il ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara Cümə” günü keçirilir. “Black Friday” günü bir çox şirkətlər, mağazalar, banklar yüksək endirimlər və kampaniyalar təklif edirlər.

Fins.az xəbər verir ki, Banker.az-ın bu dəfəki araşdırması ”Black Friday” günü hansı banklarda endirimlərin, kampaniyaların olması ilə bağlıdır.

Kredit Müraciəti

Aşağıda banklar tərəfindən təklif olunan xüsusi endirimlərlə tanış ola bilərsiz.

AFB Bank

29.11.2019 tarixində Black Friday ilə əlaqədər, bütün kredit faizlərinə 5% endirim təqdim olunacaq. Minimal kredit faizi 17%-dir. Kredit müraciəti etmək üçün tələb olunan sənədlər: Şəxsiət vəsiqəsi, əmək haqqı kartından çıxarış. Kreditlər komissiyasız təqdim olunacaq.

Bank BTB

Bank BTB Black Friday ərəfəsində müştərilərilərinə 5 günlük kampaniya çərçivəsində endirimlər təklif edir. Onu da qeyd edək ki, 25-29 noyabr tarixləri arasında davam edən endirimlər həm kart, həm də kredit məhsullarını əhatə edəcək.

Kredit məhsulları üzrə 30.000 AZN-dək təklif olunan Mikro və Nağd pul kreditlərini müştərilər 48 ayadək, illik faiz dərəcəsinə 5%, rəsmiləşdirmə komissiyasına 50% endirim olmaqla əldə edə biləcəklər. Bundan əlavə, 5000 AZN-dək zaminsiz təklif olunan kreditlərdə heç bir sığorta xərci yoxdur. Müraciət üçün: bit.ly/btb-mikro və bit.ly/btb-nagd-pul bu linkdən istifadə edə bilərsiz.

Kart məhsulu üzrə isə Bank BTB hüquqi şəxslərə “Boss Card” məhsulunu xüsusi şərtlərlə təklif edir. “BossCard” biznes fəaliyyəti ilə bağlı xərclərin ödənişi üçün sahibkarlara və hüquqi şəxslərə pulsuz təqdim olunan ödəniş kartıdır. Bu kartın üstünlükləri barədə https://btb.az/az/cards/black-friday-kampaniyasi-boss-card-9 link vasitəsilə tanış ola bilərsiz. Bank BTB son 3 ayda orta aylıq dövriyyəsi 30.000 AZN və daha yuxarı olan müştərilərə 10.000 AZN-dək overdraft (hesabda kifayət qədər vəsait olmadıqda, müəyyən limit çərçivəsində mənfiyə çıxmaq) və 15 gün güzəşt müddəti imkanını yaradır.

Bildirək ki, Overdraft borc alana verilən qısa müddətli kreditdir. Adətən belə maliyyə xidməti hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesabının açılması müqaviləsi çərçivəsində göstərilir.

36 ay müddətinə təklif olunan kartlar üçün heç bir ödəniş tələb olunmur, üstəlik İnternet Bankinq, Mobil Bankinq xidmətləri də pulsuzdur. Kart vasitəsilə həmçinin, müştərilər hesaba asanlıqla nəzarət edə və 7/24 konvertasiya imkanlarından faydalana bilərlər. Müraciət üçün: bit.ly/boss-card bu linkdən istifadə edə bilərsiniz.

Bank Respublika

Həftəsonu endirimləri ərəfəsində yeni “Faydalı Friday” adlı kredit kampaniyasına start verir. Belə ki, dekabr ayının 1-dək (daxil olmaqla) “Bank Respublika”ya müraciət edən müştərilərə nağd istehlak kreditləri və eləcə də kredit xəttləri 0% komissiya ilə təklif olunacaq.

Bundan başqa, 4 gün davam edəcək kampaniya çərçivəsində “Bank Respublika”nın rəsmi saytındanfacebook səhifəsindən Nağd pul kreditlərini onlayn sifariş edən müştərilər illik faiz dərəcəsində 20% endirim əldə edə biləcəklər. “Bank Respublika”da nağd kredit götürməyin növbəsiz və tez bir zamanda rəsmiləşdirmə, maksimal məbləğin 30.000 AZN-dək və müddətin 36 ayadək olması, sığorta xərcinin olmaması, rəsmi gəlirdən asılı olaraq 10 000 manatadək məbləğdə kredit zaminsiz də təqdim edilə bilməsi kimi üstünlükləri var.

PAŞA Bank

Black Friday” günündə Black Edition kartına xüsusi endirim edir. – Kampaniya şərtlərinə əsasən siz yalnız bir gün, 29 Noyabr 2019-cu il tarixində PAŞA Bank Miles&Smiles Black Edition kartını 50% endirimlə əldə edə bilərsiniz. Kartı əldə etmək üçün www.miles.pashabank.az saytına daxil olaraq və yaxud PAŞA Bank filiallarına yaxınlaşaraq kartı sifariş etmək kifayətdir.

“Rabitəbank”

RabitəBank “Black Friday” endirim kampaniyasına qoşulub. Belə ki, bank nağd pul kreditinə faiz endirimi edib. “Rabitəbank” 28 noyabr tarixindən etibarən, 3 gün olmaqla nağd pul kreditinə illik cəmi 16% ilə, 15 000 manatadək, zaminsiz 10 000 manat olmaqla müştərilərinə endirim tətbiq edir.

28-29 noyabr tarixlərində bütün bank filiallarında, həftənin şənbə günü 30 noyabr tarixində isə Bakı filialları, Sumqayıt və Gəncə filialında kredit əldə edə biləcəklər.

Unibank

Black Friday beynəlxalq endirim günləri ilə əlaqədar 22.11.2019 – 02.12.2019 tarixlərində Albalı plus kredit kartları ilə edilən bütün taksitli əməliyyatlara Bank tərəfindən əlavə 3 faizsiz taksit hədiyyə edilir. Həmçinin ay sonunadək sms taksit xidməti komissiyasızdır, sms banking aktiv olmalıdır. Onu da qeyd edək ki, Trendyol, Hepsiburada saytlarından Albali Plusla alış-veriş edib, daha artıq cashback qazanmaq imkanı olacaqdır. Həmçinin bu günlərdə Unibank Mobile-da etdiyiniz ödənişlərə görə BONUSlar 2 qat hesablanacaq.

“Black Friday” günü ilə əlaqədar xüsusi endirimlər təklif edən banklar
BanklarKampaniyalarEndirimlər
Accessbank
AFB bank+Bütün kredit faizlərinə5% endirim

0% komissiya

AgBank
Amrahbank
AtaBank
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Sənaye Bankı
Azər-Türk bank
Bank Avrasiya
Bank of Baku
Bank BTB+1.”Boss Card” Kart məhsulu;
2.Mikro və Nağd pul kreditləri
1.10.000 AZN-dək overdraft

2. İllik faiz dərəcəsinə 5%,
rəsmiləşdirmə komissiyasına 50% endirim

Bank Respublika+nağd istehlak kreditləri0% Komissiya,
onlayn sifariş edənlərə illik faiz dərəcəsində 20% endirim
Premium bank
Bank VTB
Expressbank
Günaybank
Xalqbank
Kapital bank
Melli İran Bankı Bakı filialı
Muğanbank
Naxçıvanbank
NBCBank
Nikoyl
Paşa bank+Black Edition kartıkartını 50% endirimlə
əldə etmək
Rabitəbank+Nağd pul kreditiillik cəmi 16%
Turanbank
Unibank+“Albalı Plus” kredit kartı3 faizsiz taksit hədiyyə,
sms taksit xidməti komissiyasız
Yapı Kredi Bank
Ziraat Bank