26 Noyabr

Bu ölkədə “knopkalı” telefon alanların sayı azalır: İnsanlar yeni tendensiyaya keçid edib

Rusiyada smartfon və telefonların çatdırılması 2019-cu ilin doqquz ayı ərzində 6%, 32,4 milyona qədər azalıb.

Fins.az xəbər verir ki, onlardan 65%- (21,1 milyon ədədi) 7 000 rubldan bahalı olub. Bu barədə isə Kommersant nəşri GS Group-un məlumatlarına istinadən yazıb. Bu seqment üzrə alıcıların tələbi stabil olub, amma doqquz aydakı artım isə 2% təşkil edib. Əksinə ölkəyə gətirilən 7 000 rubla qədər olan cihazların sayı isə 18% düşüb.

GS Group anaitik mərkəzinin rəhbəri Aleksandr Surkov isə deyir ki, bunu auditoriyanın knopkalı telefondan smartfona keçid tendensiyası ilə izah etmək olar.

IDC, həmçinin 200-300 dollar diapazonunda olan cihazlara tələbin gözəçarpan dərəcədə düşdüyünü bildirib.

Məsələ ilə bağlı açıqlama verən Svyaznoyun biznesin inkişafı üzrə vitse-prezidenti Mixail Komkov deyib ki, aşağı seqment cihazlara tələb hələ cari ilin birinci və ikinci rübündə müşahidə olunurdu.

Marvel-Distribusiyanın mobil əlaqələr departamentinin direktoru Pavel Vyukov isə deyir ki, knopkalı telefonların idxalı və satışı doğrudan da düşür: “Bu, halın baş verdiyi birinci rüb və birinci il deyil”, - deyə o sözlərinə əlavə edib.

Riteylerdən birinin nümayəndəsinin jurnalist ilə söhbəti zamanı deyib ki, knopkalı telefonlar üzrə satışların azalmasının əsas səbəbi, ənənəvi satışlarda böyük paya sahib olan, miqrantların ölkədə ixtisarı ilə bağlıdır.

©Facemark.az