Mərkəzi bankın notları adətən 28 günlük (4 həftə) müddətə buraxılır və təyinatına görə pul kükləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir.
İstiqraz - emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.
İstiqrazlar üzrə gəlirlər buraxılışın növündən asılı olaraq faiz (kupon), diskont və qarışıq (həm faiz, həm də diskont) formada investorlara ödənilə bilər. Bir qayda olaraq qısa müddətli istiqrazlar əsasən diskontlu orta və uzun müddətli istiqrazlar isə faizli buraxılır.
Qanunvericiliyə əsasən istiqrazlar yalnız sənədsiz adlı formada buraxılır.
BFB-də dövlət istiqrazların və Mərkəzi Bankın notlarının yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur.
BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir.
Dövlət istiqrazlarının və Mərkəzi Bankın notlarının BFB-də ticarətinin təşkili barədə daha ətraflı məlumatı aşağıdakı keçidlərdə və ya bizimlə əlaqə saxlayaraq əldə etmək olar.
Müəllif: Xeybər Heydərov