04 Noyabr

New York birjası necə yaranıb?

İki əsr bundan əvvəl ABŞ-ın iqtisadi gücünün rəmzi olan, günlük milliardlarla dollar dövriyyəsi və ümumi kapitalizasiyası 20 trilyon dolları ötən Nyu-York Fond Birjası yaranıb. Başqa adla desək, Uoll-strit ofisi dünyada baş tutan fond sazişlərinin 60%-ni əhatə edir. Fins.az bu gün birjanın tarixçəsindən sizə danışacaq.

New York Stock Exchange (NYSE) 8 mart 1817-ci ildə yaradılıb. Birjada NYSE Composite və NYSE ARCA Tech 100 indeksləri ilə birgə Dow Jones sənaye indeksi də yaradılıb.

Formal olaraq NYSE-nin tarixi 1792-ci ildən başlanır. O vaxt 24 Amerikalı broker Battonvud sazişini imzalayır. Bu sazişə əsasən, investisiya cəmiyyəti və iki qayda formalaşır: müqavilələri yalnız öz aralarında bağlamaq və 0,25% səviyyəsində vergi ödəmək. Birja ilk qiymətli kağızlarını barter yolu ilə əldə edir. Mütəmadi görüşlər isə “Tontine Coffee House” qəhvəxanasında baş tutur. 25 il sonra ticarətdə hərracla məşğul olanların da iştirak etməsinə icazə verilir və bütün əməliyyatlar qəhvəxanadan birjaya köçürülür. Nyu-York Birjasının hazırki forması bax belə yaranır.

1929-cu il oktyabrın sonunda ABŞ-da birja böhranı yaşanır. Gün ərzində Dow Jones indeksi 11% ucuzlaşır və ölkədə aksiyalar panik şəkildə satılmağa başlayır. İnvestorlar az da olsa pul qazanmaq üçün bir gün ərzində 13 milyon qiymətli kağız satırlar. 1929-cu il oktyabrın 24-nü “qara cümə axşamı” adlandırırlar. Çünki 24-29 oktyabrda baş verən hadisələr Böyük Depresiyaya səbəb oldu.

31 avqust 1914-cü ildə başlanmış Birinci Dünya Müharibəsinə görə, birja 4 aylıq bağlanılır. 12 dekabrda hərrac yenidən bərpa olunur və ilk gündəcə Dow-Jons indeksi 24,4% itirir.

1987-ci ilin 19 oktyabrı daha bir “qara bazar ertəsi” kimi yadda qalır. Dow-Jones öz tarixində rekord olan 22,6%-i itirir və bu hadisə dünya maliyyə industriyasını sarsıdır. Cavab kimi ABŞ-nın Qiymətli Kağızlar və Birja üzrə Kommisiyası fərdi investorları qorumaq üçün yeni qanunlar tətbiq edir.

NYSE-da ticarət sessiyası yerli vaxtla 9:30-da başlayıb, 16:00-da bitir. Əvvəlcə hərracın başlaması ilə bitməsi siqnal kimi çəkic tıqqıltısı ilə simvolizə olunurdu, 1800-cü ildən bu yana o, zınqrov zəngi ilə əvəzləndi. 4 ticarət zalının birində “bağlanış zəngi” çalınan kimi ticarət bağlanır.

Hesab olunur ki, dünyanın ən böyük İPO-su 2014-cü ilin sentyabrında e-ticarət sahəsində fəaliyyət göstərən Çin şirkəti “Alibaba Group”un pablik təklifi olub.

Nyu-York Fond Birjasının listinqindən (qiymətli kağızların birja siyahısına daxil etmək üçün bir sıra prosedur) keçmək üçün minimum meyarlara cavab etmək lazımdır:

- Son iki il ərzində gəlir 3 milyon dollardan aşağı olmamalı;

- Son bir ildə vergi ödənişindən əvvəl gəlir 2,7 milyon dollar olmalı;

- Aktivlərin xalis dəyəri 18 milyondan yuxarı olmalı;

- 100-dən yuxarı səhmə sahib olan səhmdarların sayı 2 mindən aşağı olmamalı.
Uoll-strit ofisində gündəlik 4 min şirkətin ticarəti gedir. Onlar arasında American Express, MasterCard, Microsoft, Nike, Johnson Johnson və Visa-nı xüsusi qeyd etmək olar. 2016-cı ilin dekabr ayı üçün NYSE-nın səhm bazarında kapitalizasiya 20 trilyon dolları ötüb.