04 Noyabr

Vüqar Namazov: Biz onları məcbur edə bilmərik

Yaxın zamanlarda Azərbaycanda birinci dəfə səhmlərin ilkin yerləşdirilməsi (IPO) keçiriləcək.

Fins.az-ın məlumatına görə, bunu Bakı Fond Birjasının (BFB) idarə heyəti sədrinin vəzifələrini icra edən Vüqar Namazov deyib.

Onun sözlərinə görə, bu həm də şirkətlərin özündən asılıdır:

“Onlar IPO-nun keçirilməsinə hazır olmalıdır. Biz onları səhmlərinin ilkin yerləşdirilməsinə məcbur edə bilmərik, bu, bazar prinsiplərinə ziddir”.

BFB-nin rəhbəri qeyd edib ki, bəzi şirkətlərlə müvafiq danışıqlar aparılır.

Mənbə: Trend