04 Noyabr

Daha bir broker şirkəti səhmdar cəmiyyət oldu

Azərbaycanda fəaliyyət göstərən broker şirkətlərindən biri təşkilatı-hüquqi formasını dəyişib. Fins.az-ın məlumatına görə, bu, “AFB Bank”ın törəmə strukturu olan “AzFinans İnvest” şirkətidir. Qurum MMC-dən QSC-yə çevrilib. Bununla da səhmdar cəmiyyət formasında fəaliyyət göstərən broker şirkətlərinin sayı “Unibank”ın təsis etdiyi “Unicapital” ASC ilə birlikdə 2-yə çatıb.

İyunun 27-də isə “Dəmirbank”ın səhmdarlarının toplantısında bankın törəmə strukturu olan “ADB Broker” MMC-nin ASC-yə çevrilməsi məsələsi həll ediləcək. Qalan 11 broker şirkətinin isə bu məsələni nə vaxt həll edəcəyi məlum deyil.

Milli Məclisin mayın 15-də qəbul etdiyi “Qiymətli kağızlar bazarı haqqında” qanuna görə, bütün broker şirkətləri investisiya şirkətinə çevrilməli, bunun üçün isə səhmdar cəmiyyət formasında fəaliyyət göstərməlidir.