04 Noyabr

"Bakıda alverçilər 5-6 min dollara aldığı maşını 20 min dollara təklif edirlər"

«Yol xərcini 1000 dollar və gömrük xərcini də 6000 dollar hesablasaq avtomobil Bakıya gətirilmə xərci 12 min dollar edir» bunu Fins.az-a maşın eksperti Rəşad Quliyev deyib.

Ekspert Dubaydan Azərbaycana hansı avtomobillər gətirilməsindən danışıb.

“Dubaydan əsasən ikinci əl “Mercedes Vito” modelləri gətirilir. 2013-cü il model qara rəng, “Vito” Dubayda neçəyə olsa yaxşıdı? 26-28 min dirhəm. Bu da 5-6 min dollar edir. Yol xərcini 1000 dollar və gömrük xərcini də 6000 dollar hesablasaq avtomobil Bakıya gətirilmə xərci 12 min dollar edir. Bakıda isə alverçilər onu 20 min dollara təklif edirlər. Halbuki, bu avtomobilin az yürüşlü versiyasını Almaniyadan gətirmək 26-27 min dollara başa gəlir. Satışa isə 28 min dollara çıxarılır. Hesab edirəm ki, avtomobil alıcılar bu məqama diqqət yetirməlidirlər. Məsələ ondan ibarətdir ki, bunlar səhrada 60 dərəcə temperaturda sürülən avtomobillərdir. Ona görə də Dubayda hətta bir-iki il sürülən avtomobilləri belə almırlar. 750 min kilomert sürülən “Mercedes Vito” Bakıya gətiriləndən sonra yürüş məsafəsi 150-170 min kilometrə qədər geri çəkilir. Bəzi “Vito”lar isə Dubay versiyası olsa da, avtomobildə ərəb yazıları olan şüşələr yenilənir, etiket qoparıldıqdan sonra Almaniya adı ilə satılır. Yəni, maya dəyəri 6 min dollar olan Dubaydan gətirilən “Vito” almaqdansa, maya dəyəri 26 min dollar olan təzə “Vito” almaq daha məqsədəuyğundur. Dubaydan gətirilən bu modellər vətəndaşların aldadılması ilə sadəcə alverçilərin böyük gəlir mənbəyinə çevrilib»