İflas prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilarına (BOKT) məxsus 20 ədəd işlənmiş minik avtomobillərinin topdansatışı həyata keçiriləcək.
Fins.az xəbər veirr ki, bu barədə BOKT-un əmlak inzibatçısı bildirib. Məlumatda deyilir ki, maşınların siyahısı, eləcə də satış qaydaları və satışda iştirak etmək üçün ərizə forması http://www.azercredit.az/az/sale linkindən əldə edilə bilər.
Müraciətlər noyabrın 29-na qədər “Vijn Fond Azərkredit”in Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov və Səməd Vurğun küçələrinin kəsişməsində (“World Business Center” iş mərkəzi, 3-cü mərtəbə) yerləşən ofisinə təqdim edilə bilər və yaxud [email protected] е-poçt ünvanına göndərilə bilər.
Satış dekabrın 5-də qeyd edilən ünvanda olacaq. Satışa çıxarılan avtomomobillərin siyahısı: http://www.azercredit.az/files/sale/Minik