Hər gün dəfələrlə AvtoStop-a müraciət edənlər avtomoboili etibarnamə ilə aldqılarını deyər. MMX radarlar, radarların öyrənilməsi, radaraların ödənilməsində problem yaşadıqlarını bildirərlər.
Fins.az bildirir ki, bu məqalədə etibarnamə məsələsəini tam aydınlaşdıracayıq ki, heç kimdə əlavə sual qalmasın.
Etibarnamə nədir ?
Mülki məcəllədə bu aydın olaraq yazılıb :
Maddə 362. Etibarnamə
362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
Yəni, siz avtomobil malarkən etibarnamədən istifadə edə bilməzsiniz. Bu alqı-satqı sayılmayacaq. Və qanunun gözündə siz hətta 100 000 dollar avtomobilə görə pul ödəsəniz də, bu alqı-satıq hesab edilmir. Sizə yalnız avtomobildən istifadə səlahiyyəti verilir. Beləliklə, avtomobil əldə ediriksə, ilk növbədə alqı-satqı müqaviləsi bağlamalıyıq. Bu müqaviləni notariusda bağlamaq olar.
Qanuna baxırıq :
181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
Amma notariusda alqı-satqı müqaviləsi bağlanırsa və avtomobili satan şəxs ailəlidirsə, o zaman həyat yoldaşından razılıq ərizəsiz lazım olacaq. Çünki, qanuna əsasən daşınar və daşınmaz əmlak üzrə birgə mülkiyyət zamanı (ər və arvad) tərəflərin razılığı alınmalıdır. Bunu nəzərə alın.
25 illik etibarnaməm var və maşını adıma keçirə bilərəmmi ?
Əlbəttə yox. Çünki sizə verilmiş hüquqlar yalnız avtomobildən istifadə ilə bağlıdır. Satmaq, bağışlamaq və s. Siz özünüz öz adınıza vtomobil keçirə bilməzsiniz. Siz yalnız bu hüqqudan istifadə edib yaxın birinizin adına avtomobili qeydiyyata qoya bilərsiniz. Lakin, bu da sizə tam mülkiyyət hüququq vermir.
181.4 Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).
Yəni, 5 il ərzində də sizi avtomobili əlinizdən ala bilərlər. Buna vicdanlı əldə etmə deyirlər.
Maddə 182. Vicdanlı əldə edən
182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
Bu nədir ? Yuxarıda sadaladıqlarımızdır. Siz etibarnamə ilə avtomobil əldə edirsiniz, daha sonra avtomobili adınıza keçiririsiniz. Sonra , sizə etibarnamə verən şəxs boşanır. Bu zaman həyat yoldaşından razılıq ərizəsi alınmayıbsa, avtomobilə sahiblik 5 ili keçməyibsə, avtomobili əlinizdən ala bilərlər. Və ya siz ikinci bir şəxsdən avtomobil alırsınız. Və bilirsiniz ki, bu şəxs avtomobilin əsl sahibi deyil. Birinci sahib avtomobilin ondan iradəsinə zidd alındığını sübut edərsə, yenə avtomobili sizdən geri alacaqlar. Ona görə, bu məsələdə diqqətli olmaq lazımdır.
Etibarnamə vermişəm, avtomobil məndə deyil , amma radarlar mənə gəlir. Nə edim ?
Əslində, burada problem deyilən bir şey yoxdur. Əgər avtomobil satırsansa bunu alqı-satqı müqaviləsi ilə etməlisən. Yox, əgər etmirsənsə, demək sənə radarlarla bağlı məktub gəldikdə 20 gün ərzində həmin avtomobilin səndə olmadığı barəsində yazılı məlumat verməlisən. Bu məlumat verilmədiyi təqdirdə, avtomobildən sən istifadə edilmiş hesab edilirsən və cərimə sənə tədbiq edilir.
Dövlət bu etibarnaməni nizamlasın da.
Necə nizamlasın ? Dövlətin qanunlarında 2 seçim var : ya sən avtomobili etibar edirsən, ya da alqı-satqı ilə satırsan. Əgər sən avtomobili əldə edəndə alqı-satqı əvəzinə etibarnamə alırsansa, buna dövlət nə edə bilər. Bir neçə il bundan öncə qanunda dəyişiklik edərək, avtomobilə etibarnamə verilməsində 1 il müddət məhdudiyyət qoyuldu. Lakin, bizim sürücülər nə etdilər ? 1 ilin tamamında sürmək üçün etibarnamə aldılar. Və ya 25 iilik minlərlə etibarnamə almış sürücülər bu qanunun tətbiqindən kənarda qaldılar.
Avtomobilin qeydiyyatı bahadır axı.
Baha deyil. Avtomobilin qeydiyyatına siz 5500 kub sm həcmli mühərrikli avtomobil aldığınız zaman, maksimum 1500 manatdır. Gəlin hesablayaq.
Siz avtomobilin qeydiyyatına maksimum 1500 manat pul ödəyirsiniz. Amma etibarnamə ilə avtomobil aldıqda hımin şəxsin boşanması, vərəsəssinin mülkiyyətə iddiası, bank borcları və ya mmx radar borcları sizin avtomobilin əlinizdən alınması ilə nəticələnə bilər. Siz ən aşağısı bu avtomobilə 4000 manat pul ödəyirsiniz. Və günlərin bir günü ya əlavə borcları ödəyəcəksiniz. ya vəkilə pul xərcləyəcəksiniz, ya da avtomobili əlinizdən alacaqlar. Sizin isə nə 4000 manatınız olacaq, nə də avtomobiliniz. Ona görə bahadır deməyin və avtomobili alqı-saqtı müqaviləsi ilə əldə edərək mülkiyyətinizə çevirin. Etibarnamə mülkiyyət hüququ vermir. Axı qeydiyyat şəhadətnaməsində sizin adınız yazılmayıb.
Vaxt itirmədən bu linkdən keçid edərək avtomobilinizin qeydiyyatı ilə bağlı yazdığımız məqaləni oxuyun və avtomobili qeydiyyata aldırın.