04 Noyabr

İkinci əl avtomobil almaq istəyənlər bunu mütləq etməlidir– XƏBƏRDARLIQ

"VİP ESCORT" şirkətinin rəhbəri, avtomobil eksperti Rəşaq Quliyev ikinci əl avtomobil bazarından maşın almaq istəyənlərə xəbərdarlıq edib. R.Quliyev Fins.az-a açıqlamasında bildirib ki, alqı-satqı prosesi mütləq müqavilə ilə olmalıdır. Əks halda vətəndaşlar aldadıla bilərlər:"Alıcı avtomobili geri qaytarmaq istədikdə (təbii ki qanunla hüququ var) hansı sənədə, sübuta əsaslanacaq? Ödədiyi məbləği sübuta yetirən bir əsaslı sənəd varmı? Bunlar çox ciddi məsələdir".

Eləcə də bax: Gürcüstandan gələn maşınlar haqda – ŞOK FATKLAR

O bildirib ki, avtomobil alverçiləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınırlar: "Rəsmi şirkətlər satış etdiyi hər bir avtomobilə görə 20% gəlir vergisi və 18% əlavə dəyər vergisi ödəyir. (Digər xırda xərcləri nəzərə almıram) "Bazar alverçiləri" isə demək olar ki hər həftə ölkəyə avtomobil idxal edir, lakin bu fəaliyyət ilə məşğul olduqları üçün ödəməli olduqları vergidən yayınırlar. Nəzərə alsaq ki, biznes fəaliyyəti ilə məşğul olan şəxs ən azından fiziki şəxs olaraq vergidə uçota durmalı, VÖEN almalı və bundan sonra sahibkarlıqla məşğul ola bilər. Bunun qarşılığında isə dövlətə ümumi dövriyyəsinin 4% həcmi (Bakı ətrafı isə 2%) dəyərində vergi ödəməlidir. Lakin bir çox şəxs bundan yayınır".

Ekspert bildirib ki, alverçilər hətta avtomobilləri ETİBARNAMƏ vasitəsi ilə başqa şəxslərin adı ilə ölkəyə idxal edirlər. Təbii ki bu da vergidən yayınmaya gətirib çıxardır. Bundan əlavə respublikada xarici valyuta ilə alqı-satqı qadağan olsa da, avtomobillərin satışı bir çox hallarda dollarla aparılır.

R.Quliyev ümid edir ki, aidiyyatı qurumların bu məsələyə biganə qalmayıb, ciddi araşdırıb, qanunu pozanları cəzalandıraraq vətəndaşların hüquqlarını tam bərpa edəcək.