04 Noyabr

Su ilə işləyən avtomobil

Təbii ehtiyatların sürətlə azalması mütəxəssisləri müxtəlif yanacaq növlərini axtarmağa məcbur edir. Təsadüfi deyil ki, növbəti ixtira su ilə işləyən avtomobillərdir. İspaniyanın SEAT şirkəti çirkli sudan yanacaq kimi istifadə edən yeni avtomobili ictimaiyyətə təqdim edib. Xəbəri “Seat.com” saytı verib. “Aqualia” adlanan avtomobil sudan əldə edilən bioyanacaq vasitəsilə işləyir. Qeyd edək ki, bioyanacaq adi yanacaqla müqayisədə 80 faiz daha az karbondioksid xaric edir. Bu isə təmiz enerjiyə yaxın yanacaq istehsalı deməkdir. Yeni avtomobillər həm də ekoloji problemlərin həllinə müsbət təsir göstərəcək