04 Noyabr

Taksi, yoxsa şəxsi avtomobil – HANSI DAHA SƏRFƏLİDİR?

Son dövrlər Azərbaycanda taksi şirkətlərinin sayı günbəgün artır. Ekspertlər də son iki ildə Azərbaycanda taksi xidmətinə tələbatın artdığını bildirirlər. İri şirkətlər, o cümlədən gündəlik iş və ya şəxsi avtomobil istifadə edən vətəndaşlar indi Bakıda daha çox taksilərə üstünlük verməyə başlayıblar. Fins.az bunu nəzərə alaraq hazırda şəxsi avtomobilin, yoxsa taksinin daha sərfəli olduğunu araşdırmağa çalışıb.

Rəqabət taksiləri daha sərfəli edib”

Avtomobil eksperti Eldəniz Cəfərov Fins.az-a bildirib ki, hazırda Bakıda şəxsi avtomobildən istifadə etmək əlverişli deyil. Son illərdə açılan taksi xidmətləri çox rəqabətə davamlı və istehlakçının cibinə uyğun təkliflər təqdim edirlər. Taksi bazarında rəqabət çox güclü olduğu üçün şirkətlər çalışırlar xidməti həm ucuz etsinlər, həm də servisi yüksəltsinlər. Ona görə də vətəndaş çox zaman taksidən istifadə edir.

Vaxt itkisi və evakuatordan xilas yolu

Digər tərəfdən, Bakı şəhərində avtomobillə hərəkət etmək məhdudiyyəti var:” Məsələn, fərdi avtomobilimlə səhər uşağı məktəbə aparıb işə gedirəm. Amma avtomobili məktəbin qarşısında saxlayanda evakuator avtomobili aparır”.

Bundan əlavə, şəhərdə nəqliyyatın sıxılığını nəzərə alsaq, işə gedənlər uşağı məktəbə aparan zaman əlavə vaxt itkisi ilə üzləşə bilərlər. Ona görə də avtomobili evakuatorun aparmaması və işə gecikməmək üçün ən yaxşı üsul sifarişli taksi xidmətidir: “Vətəndaş düşünür ki, şəxsi avtomobili ilə bu məsafəni gedib uşağı məktəbə apardığı halda həm vaxt itkisi, həm də problemlə qarşılaşır. Taksi xidməti isə gəlir uşağı heç bir problem olmadan qapıdan götürür məktəbə aparır”.

Şəxsi maşının aylıq xərci taksidən çoxdur”

Ekspert bildirib ki, xərclərin müqayisəsi baxımından da taksi daha sərfəlidir. Birincisi, normal istifadəyə yararlı avtmobilin bazar dəyəri 10 min manatdır. Avtomobilin servisi, yağdəyişmə, texniki baxışı, sığorta və yanacaq xərci var. Bir sürücü bir ay ərzində ən azı sükan arxasında telefonla danışma,yaxud kəmər taxmadığı üçün cərimələnir və ya evakuator avtomobili apara bilər. Bu isə 100 manat cərimə xərci deməkdir. Ümumilikdə isə vətəndaş hər həftə uzaq məsafə qət etmirsə, marka, modelindən, yanacaq sərfiyyatından aslı olaraq şəxsi avtomobil orta hesabla ayda 300 manat xərc tələb edir.

Həftə içi iş və uşaqların məktəbə gedib-gəlməsini üçün taksi sifarişi isə orta hesabla 200 manata başa gəlir. Ekpsert bildirib ki, bəzi hallarda taksi sürücüləri ünvanları tanımalasalar da ümumilikdə taksi xidmətini qənaətbəxş hesab etmək olar.

Bu gün taksi şəxsi avtomobildən daha az xərc aparır”

City Taxi” şirkətinin direktor müavini Fəxri Bağırov Fins.az-a bildirib ki, avtomobillə bağlı xərcləri nəzərə alanda bu gün üçün taksi daha sərfəlidir: “Avtomobilin mühərrik yağının, əyləclərin dəyişdirilməsi,texniki baxışı, sığorta və yanacaq xərci var. Hər hansı iş görüşməsinə avtomobillə gedirsənsə parklamaya görə əlavə pul ödəməlisən. Bu və digər xərcləri hesablasaq bir avtomobilin aylıq xərci orta hesabla 500 manata çatır”.

F. Bağırov deyib ki, taksi sifarişi isə nisbətən daha az xərc tələb edir. Məsələn, Bakı şəhərində 4 nəfərlik ailənin iş və məktəb üçün bir aylıq taksi sifarişi orta hesabla 400 manata başa gəlir: “Bəzi müştərilərimiz var ki, ay ərzində taksi xidmətindən istifadə edirlər. Ayın sonunda ümumi xidmət haqqını ödəyirlər. Bu müştərilərin xidmətdən istifadə ilə bağlı statistikasına əsasən demək olar ki, bir ay ərzində orta hesabla taksi xərci 350-400 manat təşkil edir. Ay ərzində bütün iş görüşmələri daxil istifadəni də nəzərə alsaq taksi xərci 600 manatdan yuxarı deyil”.

İş görüşmələri üçün hamı taksidən istifadə edir”

*9111 Ekonom Taksi şirkətinin direktoru Ramin Manaşırov isə Fins.az-a bildirib ki, iş görüşmələri üçün taksi xüsusilə əlverişlidir: “Əgər iş görüşməsinə gedirsənsə, bu orta hesabla 2 saat çəkir. Gündə 2-3 iş görüşməsi olarsa, bu parklamaya görə 7-8 manat əlavə xərc deməkdir. Avtomobili uyğun olmayan yerdə saxlasaq evakuatora görə 20-40 manat ödəməli olacağıq.
Buna avtomobilin parklanmasının əlavə vaxt aparmasını, üstəlik parklamadan sonra müəyyən məsafəni piyada qət etməli olduğumuzu da əlavə etmək olar”.

R.Manaşırov bildirib ki, iri şirkətlər və işgüzar insanlar son dövrlər görüşlərə əsasən taksi sifariş edirlər. *9111 Ekonom Taksi şirkətinə müraciət edənlərin bir hissəsi də belə görüşlər üçün taksi sifariş edənlərdir.

Tez-tez uzaq məsafə qət edənlər üçün şəxsi maşın daha sərfəlidir

Bununla belə, bölgələrə tez-tez üz tutanlar, rayonlarda ailəvi istirahət üçün şəxsi avtomobil daha əlverişlidir.

Avtomobil üzrə

xərclər

Taksi sifarişi üçün

aylıq xərc

Bazar dəyəri

Orta hesabla 10 min manat

4 nəfərlik ailə üçün

Məktəb və iş üçün sifariş

200-300 manat

Servis

Aylıq 300-500 manat

Maksimal taksi sifarişi

600 manatadək

Texniki baxış

Sığorta

Yanacaq

Parklama

Cərimə

Rahim Tarıverdiyev