Məlumdurki, maşın bazarında dalbadal dəyən 3 zərbə, bu sektoru iflas vəziyyətinə salmışdır. Hazırda maşın alışı dəfələrlə düşən avto salonlar, müştərilərin olmamasından şikayətlənir. Səbəblər isə müxtəlifdir.
Fins.az-ın Banker.az-a istinadən məlumatına görə, ilkin olaraq zərbə Mərkəzi Bank tərəfindən avto kreditlərə qoyulan limitlərdən qaynaqlanmışdır. Maşınları kreditə almağa öyrəşən əhali, bu imkandan demək olarki məhrum oldular. Çünki təklif olunan şərtlərlə kredit götürmək, hər kəsin daşıya biləcəyi yük deyildi.
Bazarda baş verən 2 dalğalı devalvasiya isə, bu bazarı tamamilə zəiflətmişdir. Hazırda əhalinin demək olarki maşın almaq istəyi və imkanı yoxdur.
Apardığımız monitorinqlərin nəticəsində müəyyən edilmişdirki,banklar hazırda aşağıdakı şərtlərlə kreditə avtomobillər təklif edirlər. Qeyd edək ki, bütün məlumatlar avto salonlardan götürülmüşdür.
Avtomobillərin kredit şərtləri
Avtosalon | İlkin ödəniş (faizlə) | İllik | Digər şərtlər | Krediti təqdim edən bank |
---|---|---|---|---|
Aston Martin | 50% | 60 aya qədər 10% | Şəxsiyyət vəsiqəsi,İş və yaşayış yerindən arayış,DYP-dən arayış | Xalq Bank |
AUDİ | 40% | 36 aya qədər 14% | Bakı qeydiyyatı,İş yerindən arayış | Beynəlxalq Bank |
Bentley | Kreditlə maşın satışı dayandırılıb | |||
BMW | 40% | 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Chery | 50% | 36 aya qədər | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Dongfeng(DFM S 30) | 50% | 1 ildən 5 ilə qədər 19 % | Şəxsiyyət və sürücülük vəsiqəsi | NBC Bank |
Fiat | 50% | 2 ilə qədər | Bank of Baku | |
Ford | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Honda | 50% | 1 ildən 5 ilə qədər 16 % | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Hyundai | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | ASB |
İnfiniti | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Kia | 50% | 36 aya qədər AZN,60 aya qədər USD 14 % | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Lexus | Kreditlə maşın satışı dayandırılıb | |||
Mazda | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Mercedes Benz | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Nissan | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Opel | Kreditlə maşın satışı dayandırılıb | |||
Porsche | 40% | 36 aya qədər 14% | - | Yapı Kredi Bank |
Renault | 50% | 60 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Seat | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
SSangYong | 50% | 48 aya qədər | - | - |
Subaru | 50% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Suzuki | 50% | 36 aya qədər 17%(Yalnız USD ilə) | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Rabita Bank |
Toyota | 40% | 36 aya qədər 14% | Bakı qeydiyyatı,İş yerindən arayış | Dəmir Bank |
Volkswagen | 40% | 36 aya qədər 14% | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Beynəlxalq Bank |
Volvo | 50% | 36 aya qədər 17%(Yalnız USD ilə) | Şəxsiyyət və sürücülük vəsiqəsi,İş yerindən arayış | Rabita Bank |
Qeyd*1.Beynəlxalq Bankın verdiyi məlumata görə avtomobil kreditlərində 30000 AZN-dən yuxarı məbləğlərdə ilkin ödəniş 40%,30000-dən aşağı məbləğlərdə ilkin ödəniş 50% və 36 aya qədər illik 14% olmaqla ödənilir.
Qeyd*2.Xalq Bankın verdiyi məlumata görə avtokreditərdə dollar ekvivalentində 60000 AZN-ə qədər kreditlər verilir.30000 AZN-dən yuxarı ilkin 50%,30000-dən aşağı 40 %,36 aya qədər illik 14%,48 ayda illik 16% ödənilir.
Qeyd*3.Rabita Bankın verdiyi məlumata əsasən avtokreditlərə yalnız dollar ilə verilir.Şəxsiyyət və sürücülük vəsiqəsi,iş yerindən arayış və xüsusi hallarda 1 zamin tələb olunur.
Qeyd*4.Yapı Kredi Bankın verdiyi məlumata görə avtomobil kreditləri hal-hazırda dayandırılıb.
Kreditlərlə yanaşı, bəzi avto salonlar lizinqdə təklif edirlər. Lakin lizinqlərin həcmi ,bir müddət əvvəlkinə nisbətən xeyli azalmışdır.