"Azsığorta" şirkəti sığorta bazarına yeni kasko məhsulunu buraxıb. Şirkətdən fins.az-a verilən məlumata görə, "Ekspress kasko"adlanan sığorta məhsulu kiçik sığorta haqqı müqabilində avtomobillərin məhdud məbləğdə sığrtalanmasını nəzərdə tutur. Belə ki, avtomobilin dəyərindən asılı olaraq sığorta haqqı 85-195 manat arasında, sığorta məbləği isə 2500-5000 manat arasında dəyişir.
Təminat :
"Ekspress kasko" məhsulu ilə sığorta olunmuş avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə, toxunma, vurulma), yanğın, ildırım vurması, partlayış, təbii fəlakət (zəlzələ, yer sürüşməsi, fırtına, daşqın), üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, daşların dəyməsi və əşyaların düşməsi nəticəsində dəyən itki və ziyandan sığorta təminatı verilir.
Azadolma (franşiza)
"Ekspress kasko" məhsulu üzrə azadolma (franşiza) məbləği 100 manatdır.
Bu, "first lost" tipli məhsuldur, yəni sığorta müqaviləsi ərzində yalnız bir hadisə zamanı ödənişi nəzərdə tutur.
Bu təminat üzrə şəhadətnamənin qüvvədə olduğu müddət ərzində bir dəfə sığorta ödənişi həyata keçiriləcəkdir. "Ödəniş məbləğinin həcmindən asılı olmayaraq şəhadətnamə avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcəkdir"-deyə şirkətdən bildirilib.
İstisnalar
"Ekspress kasko"nun şərtlərinə görə, avtonəqliyyat vasitəsini yaşı 21-dən və sürücülük təcrübəsi 1 ildən az olan və ya səlahiyyətləndirilmiş sürücülər siyahısında qeyd edilməyən şəxs idarə etdiya halda sığorta hadisəsi baş verdikdə 300 AZN azadolma məbləği tətbiq ediləcək.
"Ekspress kasko" ilə yalnız ancaq minik avtomobilər sığortlanır və bu sığorta üzrə üzrə qismən sığorta şərti tətbiq edilmir.
"Ekspress kasko"1996-cı ildən sonra istəhsal olunmuş avtonəqliyyat vasitələrinə şamil edilir.
Variant |
Sığorta Haqqı |
Azadolma |
Sığorta məbləği |
Tətbiq ediləcək avtomobilin maksimal bazar dəyəri |
1 |
85 manat |
100 manat |
2 500 manat |
15 000 manat |
2 |
125 manat |
100 manat |
3 500 manat |
20 000 manat |
3 |
195 manat |
100 manat |
5 000 manat |
25 000 manat |