Növbəti TOEFL imtahanı keçiriləcək.
Fins.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, 28 sentyabrda TOEFL imtahanı keçiriləcək.
TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi SAT və TOEFL imtahanlarının keçirilməsi üzrə yalnız mərkəz rolunu oynayır.