04 Noyabr

Universitet dekanı işdən çıxarıldı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "qalmaqallı dekanı" kimi xarakterizə olunan Mübariz Məmmədli işdən çıxarılıb.

Fins.az xəbər verir ki, məlumatı Modern.az-a Mədəniyyət və İncəsənət Universitetindən təsdiqləyiblər.
Mübariz Məmmədli universitetin “Televiziya və Kino rejisorluğu” fakültəsinin dekanı vəzifəsində çalışırdı..

Qeyd edək ki, Mübariz Məmmədov 2016-cı ilə qədər Bakı Slavyan Universitetinin Dünya ədəbiyyatı kafedrasında dosent kimi fəaliyyət göstərib.