Bakıda riyaziyyat fənni üzrə müddətli işə qəbul zamanı keçid balları düşməyəcək.
Fins.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.
O qeyd edib ki, bunları rəqabət mühiti müəyyən edəcək:
M.Camalzadə onu da qeyd edib ki, regionlarda müəllim kimi çalışmaq istəyən namizədlərin sayı artmalıdır:
"Namizədlər üçün rayon məktəblərində hər cür şərait yaradılıb. Bu, namizədlərə motivasiyadır. Elan edilən vakansiyalar üçün nazirliyin qarşısında əvvəlcədən tələb edilən siyahı olmur. Vakansiya sayları ilbəil arta bilir. Yəni tələbat şagirdlərin sayının artmasına da bağlıdır.
Bəzən elə fənlər olur ki, Bakıda elan edilən vakansiyaların sayı namizədlərin istədikləri qədər olmur. Bu da başadüşüləndir. Çünki mümkün olandan artıq vakant yer açmaq həmin orta məktəblər üçün də əlavə sosial problem yarada bilər".