04 Noyabr

Bu məktəblərdə təhsil haqları azaldılacaq

Fransa hökuməti fransız dilinin xaricdə tədrisinə 25 milyon avro ayıracaq. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, fransız dilinin xaricdə tədrisi üçün 2020-ci ildə dövlət büdcəsindən əlavə 25 milyon vəsait ayrılacaq.

Bundan əlavə daha 1000 nəfər fransız dili müəllimi xarici ölkələrə fransız dilini tədris etməyə göndəriləcək.

Jan-İv Le Drian, həmçinin, xarici ölkələrdəki fransız məktəblərində illik təhsil haqlarının da azaldılacağını bildirib.