04 Noyabr

Bakıda 15 məktəbli qızıl və gümüş medalla təltif olunub

Bakı məktəblərinin məzunları qızıl və gümüş medalla təltif olunublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Fins.az-a verilən məlumata görə, Təhsil nazirinin müvafiq əmrinə əsasən, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb.

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.