04 Noyabr

Bu günə qədər 857 subbakalavr qeydiyyatdan keçib

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, elektron ərizələrin qəbulu internet vasitəsilə aparılır.

İyunun 18-i saat 11:10-a olan məlumata görə, 857 subbakalavr qeydiyyatdan keçib. Onlardan 844 nəfərin ərizəsi təsdiqlənib.