04 Noyabr

Bu ali təhsil müəssisəsinin tələbələri vahid geyim formasına keçdilər

“Azərbaycan İlahiyyat İnstitutu Nizamnaməsinin 3.6 bəndinə uyğun olaraq, institutda təhsil alan tələbələrin xüsusi geyim forması ilə təmin olunması nəzərdə tutulub. Nizamnamənin bu bəndinə əsasən, ali təhsil müəssisəsində vahid geyim forması müəyyənləşdirilib”.

Fins.az xəbər verir ki, bu barədə Lent.az -ın sorğusuna cavab olaraq Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq bütün tələbələr xüsusi geyim forması ilə təmin olunub:

“Aprel ayından başlayaraq geyimlərin verilməsinə başladıq. Həmin ayın sonunda isə hicablı xanım tələbələr də xüsusi geyim forması ilə təmin olundu.

Tələbələrə geyimlər ödənişsiz olaraq verilib. Məlumat üçün bildiririk ki, dünyanın əksər ölkələrində bu təcrübə mövcuddur və ali dini təhsil müəssisələrinin bir çoxunda vahid geyim forması tətbiq olunur".

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tamamilə ödənişsizdir. Ali təhsil müəssisəsində təhsil alanlar pulsuz dərslik, yemək və geyimlə təmin olunurlar. Eyni zamanda 30 tələbənin yataqxana xərcləri də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ödənilir.

[#gallery#]