04 Noyabr

Təhsil Nazirliyinin müəssisələrini yeməklə təmin edəcək şirkət seçildi - 9 MİLYON ALACAQ

Azərbaycan Təhsil Nazirliyi birbaşa tabeliyində olan təhsil müəssisələrində yeməklə təminatı işlərinə 9 mln. manatdan artıq vəsait yönəldəcək.

Fins.az xəbər verir ki, nazirlik birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı məqsədilə “TAİS İKF” MMC ilə müqavilə imzalayıb.

Müqavilənin dəyəri 9 milyon 29 min manatdır.

© Marja