Azərbaycan Təhsil Nazirliyi birbaşa tabeliyində olan təhsil müəssisələrində yeməklə təminatı işlərinə 9 mln. manatdan artıq vəsait yönəldəcək.
Fins.az xəbər verir ki, nazirlik birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı məqsədilə “TAİS İKF” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 9 milyon 29 min manatdır.
© Marja