04 Noyabr

Daha bir universitetdə dərslər dayandırıldı

Bakıda keçiriləcək "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sabah Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında dərslər dayandırılacaq.

Bu barədə UNEC-in mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, ali məktəbin digər tədris binalarında isə dərslər davam etdiriləcək.

Qeyd edək ki, "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi 26 - 28 aprel tarixlərində keçiriləcək.