Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün ilk dəfə "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci nömrəsini nəşr edib.
Jurnalda qabiliyyət komissiyalarının ixtisasları üzrə qəbul aparılan universitetlərin siyahısı da dərc olunub.
Fins.az Azedu.az-a istinadən xüsusi qabiliyyət tələb edən ixtisasları və bu ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrini təqdim edir:
Rəngkarlıq – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;
Qrafika- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;
Heykəltaraşlıq - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;
Təsviri incəsənət müəllimliyi – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;
Dizayn - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti;
Dekorativ sənət - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;
İnstrumental ifaçılıq: fortepiano, orqan,klavesin;caz sənəti (fortepiano) – Bakı Musiqi Akademiyası;
İnstrumental ifaçılıq: Orkestr alətləri, simli:violin,viola,violençel, kontrabas,arfa; caz sənəti(kontrabas); nəfəs:fleyta, klarnet, saksafon, truba, trombon, qoboy, faqot, tuba,valtorna;zərb alətləri;caz sənəti(saksafon, truba; zərb alətləri) – Bakı Musiqi Akademiyası;
Xalq çalğı alətləri ifaçılığı: tar, kamança, qanun, nağara,qarmon – Azərbaycan Milli Konservatoriyası;
Xalq çalğı alətləri ifaçılığı: tar, kamança, saz, qanun, nağara, balaban – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
Xalq çalğı alətləri ifaçılığı: tar, nağara, qarmon – Bakı Xareoqrafiya Akademiyası;
Xalq çalğı alətləri ifaçılığı: saz, balaban, tütək, zurna, ney - Azərbaycan Milli Konservatoriyası;
Solo oxuma- Bakı Musiqi Akademiyası;
Solo oxuma (xanəndə) - Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
Estrada sənəti(vokal) - Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
Drijorluq(xor drijorluğu, opera-simfonik orkestr dirijorluğu, nəfəs alətləri orkestrinin drijorluğu) - Bakı Musiqi Akademiyası;
Xalq çalğı alətləri orkestrının dirijorluğu, xor dirijorluğu – Azərbaycan Milli Konservatoriyası;
Solo oxuma (milli vokal) - Azərbaycan Milli Konservatoriyası;
Bəstəkarlıq – Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası;
Musiqişünaslıq - Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
İnstrumental ifaçılıq: fortepiano, orkestr alətləri (simli:violin,gitara;nəfəs:klarnet, saksafon; zərb alətləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
Musiqi müəllimliyi (fortepiano,qarmon, tar, saz, kamança,qanun, violin,klarnet,balaban,vokal – Azərbaycan Dövlət Pedaqoji Universiteti;
Musiqi müəllimliyi (fortepiano, violin, viola, violençel, kontrabas, arfa, fleyta, klarnet, saksafon, truba, trombon, qoboy, faqot, tuba, valtorna, zərb alətləri, vokal – Bakı Musiqi Akademiyası;
Musiqi müəllimliyi( tar, kamança, qanun, qarmon, saz, balaban, tütək, zurna,ney, vokal - Azərbaycan Milli Konservatoriyası;
Musiqi müəllimliyi (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, tar, kamança, qarmon, saz, qanun, nağara, balaban;zərb alətləri;vokal - Azərbaycan Milli Konservatoriyası;
Musiqi müəllimliyi (fortepiano, tar) – Sumqayıt Dövlət Universiteti;
Estrada sənəti (fortepiano, akkordeon,klarnet, saksafon, fleyta, qoboy, truba, gitara, tar, kamança,balaban, tütək, ud, qanun, zərb alətləri) – Azərbaycan Milli Konversatoriyası;
Memarlıq - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;
Aktyor sənəti- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
Rejissorluq - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;
Operator sənəti - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Xoreoqfafiya sənəti (sahələr üzrə)
-balatmeyster;
-klassik rəqs;
-milli rəqs;
-modern rəqslər – Bakı Xareoqrafiya Akademiyası;
Rəqs müəllimliyi - Bakı Xareoqrafiya Akademiyası;
Bədən tərbiyəsi və idman – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası;
Məşqçi (idman növü üzrə) - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası;
Fiziki tərbiyə və çağıraşağaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi – Bakı Dövlət Universiteti (Qazax filialı), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Sumqayıt Dövlət Universiteti;
Rəngkarlıq – Naxçıvan Dövlət Universiteti;
Solo oxuma - Naxçıvan Dövlət Universiteti;
Bəstəkarlıq - Naxçıvan Dövlət Universiteti;
Təsviri incəsənət müəllimliyi - Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu;
İnstrumental ifaçılıq fortepiano - Naxçıvan Dövlət Universiteti;
İnstrumental ifaçılıq orkestr alətləri (simli: violin, viola, violençel, kontrabas;nəfəs:fleyta, klarnet, saksafon truba, trombon, qoboy, valtorna, faqot) - Naxçıvan Dövlət Universiteti;
Musiqişünaslıq - Naxçıvan Dövlət Universiteti;
Xalq çalğı alətləri ifaçılığı: tar, kamança, qarmon, balaban, qanun, nağara, saz) - Naxçıvan Dövlət Universiteti;
Drijorluq (xor drijorluğu) - Naxçıvan Dövlət Universiteti;
Musiqi müəllimliyi:Fortepiano, violin, viola, violençel, kontrabas, fleyta, klarnet, saksafon truba, trombon, qoboy, valtorna, faqot, vokal, tar, kamança, qarmon, balaban, qanun, nağara, saz) - Naxçıvan Dövlət Universiteti;
Memarlıq - Naxçıvan Dövlət Universiteti;
Bədən tərbiyəsi və idman - Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti;
Fiziki tərbiyə və çağıraşaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi- Naxçıvan Dövlət Universiteti;
Aktyor sənəti - Naxçıvan Dövlət Universiteti;
Təsviri incəsənət müəllimliyi – Gəncə Dövlət Universiteti;
Musiqi müəllimiyi (fortepiano, violin, klarnet, tar, kamança, saz, qarmon) – Gəncə Dövlət Universiteti;
Bədən tərbiyəsi və idman - Gəncə Dövlət Universiteti;
Fiziki tərbiyə və çağıraşaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi- Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universitetinin (Qazax filialı);
Dizayn – Azərbaycan Texnologiya Universiteti;
Təsviri incəsənət müəllimliyi – Lənkəran Dövlət Universiteti;
İslamşünaslıq – Azərbaycan İlahiyyat İnstitutu;
Jurnalistika- Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slayvan Universiteti.