04 Noyabr

Bu qədər şagirdin imtahan nəticəsi ləğv olundu – RƏSMİ

IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında 3 nəfərin nəticələri ləğv olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumatda qeyd olunur ki, 3 mart 2019-cu ildə IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında qaydaları pozduğuna görə 3 nəfərin nəticələri ləğv olunub.

Qeyd edək ki, DİM bu gün 3 martda keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

İmtahan nəticələri və cavab vərəqələrinin (kartlarının) qrafik təsvirləri ilə tanış olmaq üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:

http://eservices.dim.gov.az/2019/netorta/?frm=egovfbclid=IwAR383RchBrTC4cNag09QHHirHOw1sFiwVmMd1ZWwYKEf_5uxcryjFVezOqo