04 Noyabr

Yeni rektordan anons: “Bakı Dövlət Universiteti daha da yenilənəcək”

"Bakı Dövlət Universiteti yenilənməyə başlayıb".

Fins.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev Azərbaycan Tibb Universitetində (ATU) BDU-nun nəzdində Tibb fakültəsinin yaranmasının 100 illiyinə həsr edilmiş "Təbabətin aktual problemləri - 2019" beynəlxalq elmi-praktiki konfransın açılış mərasimində deyib.

O bildirib ki, ATU və BDU arasında əməkdaşlıq üçün böyük potensial var: “Görüləcək bütün işlər Vətən və dövlət naminə olmalıdır”.