“Peşə məktəblərinə hər kəs müraciət edə bilər. Bunun üçün attestat və şəxsiyyət vəsiqəsi ilə “Asan xidmət” mərkəzlərinə müraciət etmək kifayətdir”.
Fins.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nail Bayramov bildirib. Onun sözlərinə görə, qəbul prosesi attestat balları nəzərə alınaraq keçirilir:
“İstər ali, istərsə də orta təhsili olan hər kəs peşə məktəblərinə müraciət edə bilər. Sənəd qəbulu “Asan xidmət” vasitəsilə həyata keçirilir. Bunun üçün attestat və şəxsiyyət vəsiqəsi ilə “Asan xidmət” mərkəzlərinə müraciət etmək kifayətdir. Qəbul zamanı buraxılış, və ya şəhadətnamə imtahanında toplanan ballar nəzərə alınır.
Yeni təhsil qaydalarına görə ali təhsili olanlarbəzi şərtlərdən azad edilib. Belə ki, onlar seçdikləri ixtisasa birbaşa qəbul olacaqlar. Bu zaman heç bir attestat qiyməti nəzərə alınmayacaq”.