Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Fins.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.
İmtahanın nəticələri DİM-in internet saytındayerləşdirilib.
İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.