04 Noyabr

Nazirlik: Təhsil müəssisələrinin mənfəəti vergidən azaddır

Özəl təhsil müəssisəsi əldə etdiyi mənfəəti yenidən təhsilin inkişafına yönəltməklə müasir təhsil binası inşa etdiyi halda, həmin təhsil müəssisəsinə vergi güzəşti nəzərdə tutulurmu?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin cari ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azaddır (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla).

Həmçinin Vergi Məcəlləsinin 106.1.7 maddəsinə görə, özəl təhsil müəssisəsi əldə etdiyi mənfəəti təhsilin inkişafına xərclədiyindən, bu mənfəət vergidən azaddır.

© Azərtac