04 Noyabr

Kanadadada illik təhsil haqqı çox ucuz olan universitetlər

Güclü təhsil sisteminə malik ölkələrdən biri də Kanadadır. Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır. Fins.az-ın məlumatına görə, AzEdu.az tələbatı nəzərə alaraq, Kanadada illik təhsil haqqı az olan universitetləri diqqətinizə çatdırır:

Brandon Universiteti Kanadanın Manitoba əyalətinin Brandon şəhərində yerləşir. Universitetin əsası 1889-cu ildə qoyulub. Kanadanın Brandon Universiteti sənət, musiqi və elm sahəsində nüfuz qazanan ali təhsil müəssisələrindən biridir. Brandon Universitetində əcnəbi tələbələr üçün illik təhsil haqqı 8.000 CAD$ (10200AZN) civarındadır. Universitet haqqında daha ətraflı məlumatı link vasitəsilə ala bilərsiniz: https://www.brandonu.ca/

Kanada da distant təhsil üçün ixtisaslaşan ilk dövlət ali məktəblərdən biri də Athabasca Universitetidir. Universitetdə əcnəbi tələbələr üçün illik təhsil haqqı 9.000-10.000 CAD$(11400-12700AZN) təşkil edir. Daha ətraflı məlumat üçün qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz: http://www.athabascau.ca/

“University of Northern British Columbia” Kanada da təhsil haqqı az olan ali təhsil müəssisələri siyahısındadır. Universitetdə əcnəbi tələbələr üçün illik təhsil haqqı 12.000 CAD$ (15300 AZN) civarındadır.

Kanadada Manitoba əyalətində 1818-ci ildə təsis edilən “Universite de Saint-Boniface” biznes, elm, incəsənət sahəsində nüfuz qazanan bakalavr proqramları ilə tələbələrin diqqətini cəlb edir. Universitetin illik təhsil haqqı 6.680 CAD$ (8500 AZN) civarındadır. Ali təhsil müəssisəsi haqda daha ətraflı məlumata link vasitəsilə tanış ola bilərsiniz: https://ustboniface.ca/

“Newfoundland Memorial” Universiteti əcnəbi tələbələr üçün Kanada da illik təhsil haqqı ən aşağı olan ali təhsil müəssisələrindən biridir. Universitetdə əcnəbi tələbələri üçün illik təhsil haqqı orta hesabla 8,800 CAD$ (11200AZN) civarındadır. Ali təhsil müəssisəsi haqda daha ətraflı məlumat üçün link vasitəsilə tanış ola bilərsiniz: https://www.mun.ca/