04 Noyabr

Kolleclərə qəbula maraq artıb – Rekord rəqəmə doğru

Kolleclərə qəbul imtahanlarında iştirak etmək üçün ümumilikdə, 6108 nəfər ərizəsini təsdiq edib. Fins.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər. Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 5921 nəfərdir. Bu say rus bölməsi üzrə 187 nəfər təşkil edir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır.

© AzEdu