Ötən illə müqayisədə magistratura imtahanlarında iştirak etmək üçün sənəd verənlərin sayı 298 nəfər artıb. Fins.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2018-ci ildə magistratura imtahanlarının I mərhələsində iştirak etmək üçün 12.387 nəfər ərizəsini təsdiqləmişdisə, bu il üzrə göstərici 12.685 nəfər təşkil edib. 2019-cu ildə ərizə təqdim edənlərdən oğlanların sayında 187, qızların sayında 111 nəfər artım müşahidə olunur.
Ümumilikdə isə hər iki il üzrə imtahanda iştirak etmək istəyənlərin arasında qızların sayı üstünlük təşkil edir.
© AzEdu