04 Noyabr

Bakı məktəblisinin layihəsi birinci oldu

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının rəhbərliyi altında yerinə yetirilən layihələr mükafata layiq görülüb. Fins.az xəbər verir ki, Akademiyadan verilən məlumata görə, Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Biologiya” nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Fizika” nominasiyasında 3-cü yeri tutublar. İ.Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə”, N.Ömərli və M.Bayramova isə “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” layihəsinə görə təltif olunublar. Layihələr Radiasiya Problemləri İnstitutunun əməkdaşları - biologiya üzrə elmlər doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi altında yerinə yetirilib.

© AzEdu