Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cari ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub. Fins.az xəbər verir ki, DİM-dən bildirilib ki, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
© AzEdu